vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
AMERİKA  
14:17 | 6 fevral 2019 | Çərşənbə Məqaləyə 1601 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

39 ölkə Maduroya qarşı ...

Böyük əksəriyyət Quaidonu prezident sayır

MÖVZU İLƏ ƏLAQƏLİ

Xorvatiyanın Xarici və Avropa İşləri Nazirliyinin bəyanatına əsasən, ölkə Xuan Quaidonu Venesuelanın prezidenti kimi tanıyır.

Xorvatiya da Avropa İttifaqının (Aİ) digər ölkələrinə qoşularaq müxalifət liderini müvəqqəti dövlət başçısı kimi qəbul edib. Rəsmi Zaqreb Venesuelada baş verən zorakılığı pisləyib və yaranmış vəziyyətin sülh yolu ilə həlli üçün azad demokratik seçkilərin keçirilməsini zəruri sayıb.

Xatırladaq ki, yanvar ayında Maduronun andiçmə mərasimindən sonra ABŞ Prezidenti Tramp Venesuelada seçkilərin nəticəsini tanımadığını, parlamentin müxalif spikeri Xuan Quaidonun prezident səlahiyyətlərini əlinə alacağı təqdirdə onu dəstəkləyəcəyini elan etdi. Bunun ardınca Xuan Quaido özünü prezident vəzifələrinin icraçısı elan edib. Onun bu qərarını Donald Tramp dərhal dəstəkləyib. ABŞ-ın ardınca Kanada, Argentina, Braziliya, Çili, Kolumbiya, Kosta-Rika, Qvatemala, Honduras, Panama, Paraqvay, Peru və Gürcüstan, Aİ-nin 19 ölkəsi - İspaniya, Portuqaliya, Almaniya, Böyük Britaniya, Danimarka, Hollandiya, Fransa, Macarıstan, Avstriya, Bolqarıstan, Finlandiya, Belçika, Lüksemburq, Çexiya, Latviya, Litva, Estoniya, Polşa və İsveç tanıyıb.

Venesuela Prezidenti Nikolas Maduro ölkədə baş verənlərdə ABŞ-ı günahlandırıb və bu ölkə ilə bütün əlaqələri kəsdiyini bəyan edib. Ordu rəhbərliyi Maduronun tərəfindədir. Rusiya, Çin, Türkiyə, Ekvador, Meksika, Kuba, Yunanıstan kimi dövlətlər isə Nikolas Maduronu qanuni prezident kimi tanıyır.