vaxtlı-vaxtında oxuyun! Bazar, 21 aprel 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
TOP OYUNLARI  
17:29 | 6 fevral 2019 | Çərşənbə Məqaləyə 309 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Neftçi” AFFA-nı necə söydü?

İtaliyadan vurub, Xorvatiyadan çıxırlar ...

Amal ABUŞOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan millisinə baş məşqçilik etməsi üçün AFFA-nın danışıq apardığı əcnəbilərin sayı 10-u ötüb. AFFA-nın baş katibi indiyə qədər görüşdükləri mütəxəssislərin sayından danışarkən məhz bu rəqəmi dilinə gətirib. Kim bilir, bəlkə də daha çoxdur?! Heç 10 rəqəminin özü də az deyil. Nə az, nə də çox, düz 10 mütəxəssis! Hamısı da əcnəbi. Bəli, daha bir əcnəbiylə masa ətrafına əyləşsələr, tam 11 nəfər olur. Sonra da elə Elxan Məmmədovun özü həmin 11 nəfərdən bir komanda yaratsın, kimin müdafiədə, kimin hücumda oynayacağını müəyyənləşdirsin. Aralarından bir nəfərini də qapıya qoyar və beləcə Azərbaycan millisi Avropa çempionatına qatılmaq uğrunda mübarizəyə başlasın. Nə fərqi var meydana çıxanlar qocalardı, ya cavanlar? Əsas qarşıya hədəf qoymaqdır. Niyə də yox?!

İtaliyadan vurub, Xorvatiyadan çıxırlar. Portuqaliyada qapı döyüb, Serbiyadakı işsiz mütəxəssislərə minnətçi düşürlər. Amma heç kim AFFA-nın uzatdığı əli sıxmaq istəmir, Məmmədovun təklif etdiyi qaydalarla oynamaq istəmir. Çünki hamısı ağlı başında olan adamlardı. Bilirlər ki, AFFA-nın bəyləri ilə əkilən bostanın tağı çiyinlərində bitəcək. Hardan tapacaqsan təqaüd yaşında Azərbaycana gün keçirmək üçün gələcək almanı, yaxud işsiz darıxan, özünü yeni çağırışda sınamaq istəyən xorvatı? Gah yeni ili nişan verirlər, gah da ayın sonunu. Ən son fevralın 4-ü ilə bağlı informasiyanı ortaya atmışdılar, o da yalan oldu. İndiyə qədər açıqlanmır ki, əcnəbilərlə danışıqlar hansı prinsipdə aparılır, seçim edərkən hansı xüsusiyyətlər nəzərə alınır, onlar bizdən nə istəyirlər. Nə üçün indiyə qədər bir halal süd əmmişi tapıb, millimizin sükanını ona tapşıra bilmirlər?!

Qitə çempionatının final mərhələsinə düşməkdən dəm vuran AFFA-ya zərbə vuran təkcə işbirliyindən boyun qaçıran əcnəbilər deyil. “Boz bina”dakı qalstuklu cənablara bir zərbə də “Neftçi”dən dəyib. Dost-doğma klublarından. “Necə”sini indiyə deyəcəm. Bildiyiniz kimi, “Neftçi” ötən həftə İtaliyadan futbolçu transfer etdi. Bəli, eşidəndə qulağa xeyli xoş gəlir. Fikirləşirsən ki, Azərbaycan çempionatının lideri “böyük beşlik”dən futbolçu gətirib, əsl inkişaf göstəricisidir. Amma sonra futbolçunun karyerasına və adına baxırsan, işin əslini anlayırsan. “Neftçi”nin italyan hücumçusunun düz 32 yaşı var. Qapıçılar üçün yaxşı yaşdır, amma hücumçu üçün...

Özü Canluka Sansone ən yaxşı günlərində belə İtaliyanın səviyyəcə 2-ci liqası olan B seriyasının ortabablarında oynayıb. Son 7 ildə orda gününü keçirən Sansone mövsümə orta hesabla 2-3 qol vurub. “Neftçi”nin yeni tapıntısı son iki mövsümü daha aşağıda, yəni C seriyasında “Novara”nın heyətində keçirib. Orda da 36 oyunda cəmi 5 dəfə fərqlənib.

“Neftçi”ni bu transferə görə qınamıram. Bəlkə də Sansore Azərbaycan çempionatı üçün əla oyunçudur, burda qolları sıralayacaq. Amma bu transferlə “Neftçi” həm də Azərbaycan futbolunun səviyyəsini göstərdi. Bizim futbol İtaliyanın 3-cü divizionundan da zəifdir, yerlərdə sürünürük. Bunu AFFA-ya “Neftçi”dən yaxşı heç kim göstərə bilməzdi. Söyüş kimi nümayiş üçün onlara da “sağ ol” düşür, minnətdarıq!


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *