vaxtlı-vaxtında oxuyun! Bazar, 25 avqust 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
TOP OYUNLARI  
15:47 | 8 fevral 2019 | Cümə Məqaləyə 335 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Tələbata uyğun kadr hazırlayın!

AFFA üçün təklif gəldi

AĞA

MÖVZU İLƏ ƏLAQƏLİ

Həftənin əvvəli AFFA-nın bir sıra məşqçilərə diplom və sertifikatlar təqdim etməsi ilə əlamətdar oldu. Futbol akademiyasında qapıçı məşqçiləri üçün UEFA-nın A kateqoriyalı məşqçi kurslarını müvəffəqiyyətlə başa vurmuş mütəxəssislərə müvafiq sənədlər təqdim olundu.

Qapıçı məşqçilərinin fərqləndirilməsi əla təşəbbüsdür. Spesifik sahədir və ayrıca qiymətləndirilməsi lazım idi.

Lakin AFFA bu baxımdan daha əhatəli işləməlidir. Ölkəmizdə 10 ildir yeyib-yatan texniki direktor Bernard Lippert təkcə diplom paylamaqla kifayətlənməməli, ölkə futbolunu kadr potensialını və ehtiyaclarını müəyyənləşdirməklə məşğul olmalıdır. Vakansiyalar müəyyənləşməli, kurslar tələbata görə təşkil edilməlidir. PRO kateqoriyalı məşqçilərin sayını 50-yə çatdırmaqla inkişaf olmur, ölkədə cəmi 8 peşəkar klub var. Və ya digər kateqoriyalar üzrə yüzlərlə diplom paylamaq çıxış yolu deyil.

Ölkədə fiziki hazırlıq üzrə bircə məşqçi yoxdur. Bütün klublarımız əcnəbilərin ümidinə qalıb, yalnız “Keşlə”də beləsi yoxdu. Bu klub ümumiyyətlə, sözügedən postu boş qoyub və acı nəticəsini də 15-ci turda yaşadı. “Səbail”lə oyunda komandanın qış hazırlığını düzgün keçmədiyi, fiziki yükləmələrin doğru verilmədiyi aydınlaşdı. Buna görə də ayağı top tutmayan futbolçular darmadağına (0:3) şahid oldu.

Digər bütün klublarımız ölkədə mütəxəssis tapmadığından xaricə boylanmağa məcburdur və faktiki qazanclı iş yerləri başqalarına etibar olunur. AFFA bu məsələyə diqqət yetirməli, məşqçiliyə yeni başlayanlar üçün kurslar, seminarlar təşkil etməli, bu sahəni seçmələrinə istiqamət verməlidir. Fiziki hazırlıq üzrə məşqçilər üçün xüsusi hazırlığa ehtiyac var. Bu, həm potensial iş yerləri, həm də yeni təcrübə deməkdi. Elə sahədir ki, xüsusi istedad tələb etmir, sadəcə, iş düzgün aparılmalı, kadrlar yetişdirilməlidir.

Günümüzün futbolunun fiziki hazırlığa, sürətə, dözümlülüyə söykəndiyini nəzərə alsaq, bu baxımdan gecikdiyimizi də deyə bilərik. Kimə gəldi kateqoriya paylayıb, onları uşaq futboluna, gələcəyimizi şikəst etməyə göndərməkdənsə, daha vacib sahələrə yararlı kadrlar hazırlamaq lazımdı. Lippertin hesabatlarında, illik planlarında bu barədə qeydlər olmayıb, bundan sonra olacağına ümid edirik.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *