vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 22 iyul 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
TOP OYUNLARI  
14:56 | 8 fevral 2019 | Cümə Məqaləyə 375 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Stuxlik niyə gəlib?

Bayraq saymağa gəlib, yoxsa hakim hazırlamağa …

FƏRİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Odu söndürüb külü ilə oynayırlar. “Qəbələ”nin ehtiyat bayrağa görə cəzalandırılmasının başqa adı yoxdur.

Premyer Liqanın son turunun “Qəbələ” – “Sumqayıt” matçında meydan sahibləri lazımi inventarları təmin etmədiyinə görə 1600 manat cərimələnib. “Qırmızı-qaralar” isə bununla bağlı apellyasiya şikayəti verib.

Qaydalar cəriməni əsaslı edir. Amma iş ondadır ki, bu qədər problem qala-qala ehtiyat bayrağa görə cərimələnmə nə dərəcədə doğrudur? Bəli, “Qəbələ” bu kiçik problemə görə cəzalanmalıdır. O zaman “Keşlə” hər oyundan sonra cərimələnməli, meydana çıxmasına icazə verilməməlidir. Çünki bu klubun oynadığı “ASK Arena”nın qazonu standartlara cavab vermir, oyun keçirmək üçün uyğun deyil. Və ya Sumqayıt stadionuna tamaşaçı buraxılmamalıdır. Orada pilləkənlərdə, oturacaq olmayan yerlərdə də azarkeşlər oyunu seyr edir və təhlükəsizlik baxımından bütün tələblərə əməl olunmur.

Siyahını daha da uzatmaq olar. Və demək olar ki, hamıda çox ciddi problemlər var. Belə olan halda niyə yalnız “Qəbələ” və nə üçün ehtiyat bayrağa görə? Bu, 2-3 müstəqil klubdan daha birinin bezdirilməsinə, sıxışdırılmasına görədimi?

Əslində, bu məsələlərə görə yarışı keçirən qurum, yəni, Peşəkar Futbol Liqası ölçü götürməlidi. Lakin onlar hamının hansı problemlərlə, çətinliklərlə yaşadığını bildiyindən kiçik məsələlərə diqqət ayırmır, imkan daxilində güzəşt yolu seçirlər, ciddi problemə səbəb olmayacaq qüsurlara göz yumurlar. Doğrudumu? Qətiyyən! Amma hər şeyə dəqiqliklə diqqət ayrılsa, ölkədə heç avrokuboka gedəcək qədər komanda qalmaz.

İndiki halda qazanı qaynadan AFFA Hakimlər və Hakim-İnspektorlar Komitəsidir (onlara tabe olan AFFA nümayəndəsi – red.). Frits Stuxlik qabağa verilib və yeni sədrin islahatları adı ilə bəzi adamlar müstəqil klublara təzyiq edir. “Qəbələ” ilə yanaşı, “Qarabağ”ın da bu turda 1600 manat cərimələnməsi təsadüf deyil. Avstriyalının adından istifadə edilir, komitənin əsas fəaliyyət istiqamətləri unudulur.

Halbuki bu komitə “Sabah”ın hücumçusu Marko Deviçin əyani dərs verdiyi hakimlərin hazırlığı ilə məşğul olmalıdır. Serb “Zirə”ylə oyunda rəqib futbolçunu təxribata çəkib, ona qırmızı vərəqə verilməsinə ustalıqla nail oldu. Stuxlik hakimlərin hazırlığı ilə ciddi məşğul olsaydı, həmin hakimlər epizodu doğru “oxuyar”, Deviçə təhrikedici hərəkətinə görə sarı verərdi. Amma Marko bizim hakimlərdən daha peşəkar davrandı, futbol bicliyi ilə onları tora saldı. Stuxlikin əsabələri ehtiyat bayraq axtarmaq əvəzinə bu işlərlə məşğul olmalıdır.

Və ya “Qarabağ” – “Neftçi” oyununda Anton Krivotsyuka göstərilən qırmızı vərəqə, Baqali Daboya qarşı cəzasız qalan hərəkətlər müzakirə olunmalıdır. Stuxlik Avstriyadan bayraq saymağa yox, hakimlərin hazırlığını yüksəltməyə gətirilib. Mahiyyəti unudub, görüntü yaratmaq hələ iş görmək deyil.

Bizim üçün AFFA-nın “Qəbələ”nin şikayəti əsasında hansı qərarı verəcəyi maraqlıdır. Elə əyalət klubunun ondan sonra atacağı addımlar da…


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *