vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 20 fevral 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
REGİON  
21:11 | 7 fevral 2019 | Cümə axşamı Məqaləyə 212 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Magiyanın dəstəyinə böyük ehtiyacı var”

Rusiya cadugərləri Putinə görə toplandı

Hazırladı: G.HÜSEYNOVA

MÖVZU İLƏ ƏLAQƏLİ

Moskvanın mərkəzində yerləşən məkanların birində qeyri-adi mərasim keçirilib. Bir qrup yerli görücü bir araya gələrək Rusiya prezidenti Vladimir Putinə qarşıdakı prezident seçkiləri ilə bağlı dəstək nümayiş etdirib.

Xanımlardan ibarət dəstə “Güclü görücülər imperiyası” adı altında fəaliyyət göstərən təşkilatın üzvləridir. Mərasim boyunca Putinin bir portreti belə, gözə dəyməyib. Qara geyimli və əllərində kitab tutan qadınlar dəstə başçısı Alyona Polının rəhbərliyi altında sehr oxuyublar.

“Eşidən və eşitməyənlər, görən və görməyənlər, var olmuş, var olan və var olacaqlar mənim sözümü unutmayacaq. Mənim sözüm vasitəsilə Rusiya hakimiyyətinin gücünün böyüklüyünü artır, Vladimir Putinin yolunu doğru yönləndir! Rusiyanın gücü möhkəmlənsin, Vladimir Putin doğru yolları görsün!”, – deyə oxunan sehrlərin birində deyilib.

Görücülər hesab edirlər ki, ötən prezident seçkilərində Vladimir Putin səslərin 77 faizini qazansa da, magiyanın dəstəyinə böyük ehtiyacı var.

“Güclü görücülər imperiyası”nın qurucusu Alyona Polın deyir ki, bu ayin Rusiyanın xeyrinə keçirilir, prezident isə ölkənin əsas simasıdır.

Təşkilatın üzvlərindən olan Yuliana Zolotnitskaya əmindir ki, Rusiya hökumətini, ilk növbədə də Vladimir Putini mütləq şəkildə dəstəkləmək lazımdır.

“Ölkədə ağır şərait hökm sürür. Biz sahib olduğumuz güclə prezidenti dəstəkləmək istəyirik”, – deyə başqa bir görücü İrina bildirib.

“Şərait niyə ağırdır və Putin kimə qarşı mübarizə aparır?” sualına isə İrinanın cavabı belə olub: “Ona hücum edən hər kəslə. Və biz də istəyirik ki, bu bədxahlar sussunlar”.

Mərasimdə Putinin bədxahlarına və düşmənlərinə lənət oxumaq da yaddan çıxmayıb: “Bizə pisliklə gələnlər, bizdən pisliklə gedənlər, ziyan vuranlar və şər danışanlar… Əbədi və sonsuz düşmənlər lənətə gəlsin!”.

Düşmənin kim olduğunu isə ayin iştirakçıları açıqlaya bilməyiblər.

Alyona Polın onu da bildirib ki, mərasimin tarixi, saatı və yeri xüsusi olaraq seçilib: “Hər şey detallara qədər hesablanıb ki, enerji düzgün getsin. Bu enerji yer üzündə həyat səviyyəsinin Rusiya vasitəsilə yaxşılaşmasına yönəlib”.

Görücülər əmindilər ki, mərasimdə oxunan sehrlər Putinin gücünü mütləq şəkildə artıracaq.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *