vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
12:31 | 9 fevral 2019 | Şənbə Məqaləyə 2112 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Kobra” sevərlərin təşvişi

Gürcüstan hökuməti separatçının büstünü götürməyi planlaşdırır

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanda dinc əhalini qətlə yetirmiş "Kobra” ləqəbli terrorçu Mikail Avakyana Gürcüstanın Axalkalaki bələdiyyəsinin Buqaşen kəndində abidə qoyulması həm azərbaycanlı, həm də gürcü ictimaiyyətinin etirazına səbəb olub.

Ötən gün Tbilisidə Gürcüstan parlamentinin binası önündə azərbaycanlılar, gürcülər, Abxaziya müharibəsi veteranları və ziyalılarla birlikdə keçirdikləri etiraz aksiyası narazılığın ciddi olmasından xəbər verirdi.

Onlar Gürcüstanın separatizmdən əziyyət çəkdiyini və belə bir zamanda bir separatçıya Gürcüstan ərazisində abidə qoyulmasını kəskin pislədilər və bunun birbaşa Gürcüstana zidd olduğunu bəyan etdilər.

Gürcüstan hökuməti etirazların geniş vüsət almasından, həmçinin, rəsmi Tbilisinin də Abxaziya və Cənubi Osetiya münaqişələrində separatizmdən zərər çəkdiyini nəzərə alaraq Mixail Avaqyannın Buqaşen kəndindəki büstünü götürmək qərarına gəlib.

Bundan xəbər tutan öyrədilmiş və Gürcüstanda aranı qarışdırmaq istəyən ermənilər heykəlin gecə ilə götürülməsindən narahat qalaraq büstün qarşısında keşik çəkməyə başlayıblar. Məlumata görə, onlar öz aralarında növbə bölgüsü edərək separatçının  büstünü gecə-gündüz qorumaq qərarına gəliblər.

Qeyd edək ki, bir neçə gün bundan qabaq Gürcüstanın Axalkalaki rayonunun Buqaşen kəndində erməni terrorçu Mikael Avakyana abidə qoyulub. Erməni separatçıya abidənin qoyulması Azərbaycan və Gürcüstan ictimaiyyətinin etirazlarına səbəb olub.