vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 20 fevral 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
TOP OYUNLARI  
16:21 | 9 fevral 2019 | Şənbə Məqaləyə 761 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Hələ belə olmamışdı

Foqts – 160, Prosineçki - 106, Qurbanov – 308

CAVAD

MÖVZU İLƏ ƏLAQƏLİ

42 gündən sonra Avro-2020-nin seçmə mərhələsi start götürəcək. Həmin yarışa qatılacaq milli komandamız 61 gündür baş məşqçisizdir.

Çox çətin vəziyyətdir. AFFA milli komandaya məşqçi seçimində xeyli yubanıb. Yığma komandanın gələcək fiaskosuna səbəb olacaq bu ləngiməyə görə mütləq cavab verilməlidir.

AFFA tez-tez mətbuata hansısa məşqçilərlə danışıq aparmaları barədə məlumat sızdırır. Bununla guya işləmələri, axtarışda olmaları barədə görüntü yaradırlar. Bəlkə də elədi, lakin fakt odur ki, heç kimlə anlaşmaq olmur. Təkcə bu fakt düşünməyə əsas verir. Deməli, artıq heç kim Azərbaycan millisində işləməyin marağında deyil, AFFA-nın tələblərini ciddiyə almır. Hətta vəd edilən milyonların da qarşısında kimsə nüfuzuna xələl gəlməsində maraqlı deyil.

İş o səviyyəyə çatıb ki, millimiz Antonio Kontenin, Slaven Biliçin köməkçilərinə layiq bilinir. Özləri işsiz olan bu mütəxəssislərlə yox, onların ciddi məşqçilik təcrübəsi olmayan köməkçiləri ilə təmasa keçilir, danışıq aparılır.

Burada əsas günah katibliyindi. Elxan Məmmədovun rəhbərlik etdiyi qurum Qurban Qurbanovun istefaya göndərilməsindən dərhal sonra ehtiyat variantını ortaya qoymalı idi. Onun qovulmasını hazırlayanların namizədləri də olmalıydı. Hətta baş katib istefa iclasından sonra, dekabr bitənə kimi namizədlərin müəyyənləşə biləcəyini, təyinatın olacağını vəd etmişdi. İl dəyişdi, yanvar bitdi, fevral yarılanır, yeni tsikl yaxınlaşır, yeni baş məşqçi isə yoxdur. Hətta bu məsələnin marta kimi uzanması ehtimalı da var.

Avro-2020-nin seçmə mərhələsinin startına isə bir aydan azca çox vaxt qalıb. Yeni məşqçi komandayla tanış olmalı, çempionat oyunlarına baxıb futbolçuları seçməli, təlim-məşq toplanışı keçməli, yığmanı yoxlama oyunlarına çıxarmalıdır. Amma…

Vəziyyətin kritik olduğunu izah etmək üçün söz yığınına ehtiyac yoxdur. Millimizin indiki AFFA rəhbərliyinin vaxtındakı məşqçilərinin statistikasına nəzər salmaq kifayətdir.

 

Berti Foqts

2008-ci il, martın 30-da təyin olunub, növbəti seçmə mərhələyə qədər 160 gün vaxtı olub. Millimiz Kardifdə Uelslə sentyabrın 6-dakı seçmə oyuna kimi dəfələrlə toplanışa yığılıb, 4 sınaq matçı keçirib.

 

1 iyun 2008. Zenitsa. Bosniya və Herseqovina – Azərbaycan 1:0

4 iyun 2008. Andorra-la-Vella. Andorra – Azərbaycan 1:2

20 avqust 2008. Reykyavik. İslandiya – Azərbaycan 1:1

27 avqust 2008. Tehran. İran – Azərbaycan 1:0

 

Robert Prosineçki

2014-cü il, dekabrın 12-də təyin olunub, növbəti seçmə mərhələyə qədər 106 gün vaxtı olub. Millimiz martın 28-də Bakıda ilk seçmə oyuna çıxana kimi nir neçə dəfə toplanışa yığışıb. Onlardan biri Antalyada reallaşıb və yoxlama matçı ilə bitib. Fevralın 24-də Kosovo ilə görüş məlum səbəblərdən ləğv edilib, əvəzində Ukrayna “Şaxtyor”u ilə (1:2) sınaq reallaşıb.

 

Qurban Qurbanov

2017-ci il, noyabrın 3-də təyin olunub, növbəti seçmə mərhələyə qədər 308 gün vaxtı olub. Sentyabrın 7-də Kosovo ilə Bakıdakı rəsmi sınağa qədər bir neçə toplanış, xarici səfər, 6 yoxlama matçı reallaşıb.

 

30 yanvar 2018. Antalya (Türkiyə). Azərbaycan – Moldova 0:0

23 mart 2018. Bakı. Azərbaycan – Belarus 0:1

27 nart 2018. Antalya (Türkiyə). Azərbaycan – Makedoniya 1:1

29 may 2018. Bakı. Azərbaycan – Qırğızıstan 3:0

5 iyun 2018. Astana. Qazaxıstan – Azərbaycan 3:0

9 iyun 2018. Riqa. Latviya – Azərbaycan 1:3

 

42 gündən sonra Avro-2020-nin seçmə mərhələsi start götürəcək. Halbuki Qurbanov istefaya göndəriləndə yeni məşqçi təyin olunsaydı, onun 103 gün vaxtı olardı və bu müddətdə çox şey edərdi. Sələflər daha uzun müddətdə nəyəsə nail ola, normal iş görə bilməyibsə, yeni gələnin bu qısa müddətdə komanda formalaşdıracağına inanmaq olmur. Həm də ölkədə futbolçu qıtlığının olduğu, milliyə layiqli namizədlərin tapılmadığı bir dövrdə…

İndi danışılacaq söz yoxdur, yeni gələn çoxlu, haqlı bəhanələrlə gələcək. Növbəti, daha pis fiaskolara hazır olun. Bu dəfə yanan təkcə baş məşqçi olmamalıdır…


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *