vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
16:26 | 9 fevral 2019 | Şənbə Məqaləyə 1947 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Onları eyniləşdirmək olmaz”

Gürcüstan parlamentinin deputatından büst açıqlaması

Mirmahmud KAZIMOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Gürcüstanda yerli azərbaycanlı və gürcü fəallarının, ictimaiyyət nümayəndələrinin Mixail Avaqyana Axalkalaki rayonunun Buqaşen kəndində abidə qoyulmasına etirazı erməniləri ciddi narahat edib.

Gürcüstan erməniləri Avaqyanın büstündən diqqəti yayındırmaq üçün Marneuli rayonunun Lejbadin kəndində Azərbaycanın Milli Qəhrəmanı Cəlil Səfərovun heykəlinin olmasını önə çəkiblər və Avaqyanla Cəlil Səfərov arasında paralel aparmaq istəyiblər.

Məsələ ilə bağlı Gürcüstan parlamentinin azərbaycanlı deputatı Azər Süleymanov Modern.az-a açıqlamasında bildirib ki, Mikail Avakyan başqa dövlətin nümayəndəsi və separatçı olub.

“Avaqyan gedib Azərbaycana qarşı işğalçı müharibədə iştirak edib. Ancaq Azərbaycanın Milli Qəhrəmanı Cəlil Səfərov təcavüzkar qüvvələrə qarşı gedən döyüşlərdə iştirak edərək, mülki əhalini xilas edib və bu zaman qəhrəmancasına şəhid olub. Bunlar arasında fərqi eyniləşdirmək olmaz!”

A.Süleymanov qeyd edib ki, gürcü siyasətçilər də müsahibələrində bildirirlər ki, bunları eyniləşdirmək olmaz.

“Onlar qeyd edirlər ki, Mikail Avakyan separatçı, Cəlil Səfərov isə ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə dinc insanları xilas edərək qəhrəmancasına şəhid olan biri olub. Bunlar tamam başqa şeylərdir”.