vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 22 iyul 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
14:19 | 11 fevral 2019 | Bazar ertəsi Məqaləyə 322 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rus qəzetindən təhdid məqaləsi

“Regionda heç kimin müharibə niyyətinə düşməsinə imkan vermərik...”

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya Müdafiə Nazirliyi yanında İctimai şuranın üzvlərindən ibarət nümayəndə heyəti Ermənistandakı 102-ci hərbi bazaya baş çəkib. “Moskovskiy Komsomolets” qəzeti həmin səfərlə bağlı bazadan reportaj hazırlayıb.

“Rusiyanın xaricdəki hərbi bazalarının sayı elə də çox deyil. Onların hər biri özünə görə unikaldır. Lakin Ermənistanın Gümrü şəhərində yerləşən, Aleksandr Nevski ordenli 102-ci baza xüsusilə fərqlənir. Bu, Rusiya ilə birbaşa quru əlaqəsinə malik olmayan yeganə forpostdur. Və hərbi münaqişə halında o, hansısa müddət ərzində düşmənlə təkbətək qalmalı olacaq”, - qəzet yazır.

Məqalədə deyilir ki, Gümrüdən cəmi 16 kilometr məsafədə yerləşən Türkiyə NATO-nun üzvüdür, qərb tərəfdə “dost olmayan” Gürcüstan dayanır, Dağlıq Qarabağda isə hələ də közərən münaqişə ocağı qalır. “Bütün bunlar 102-ci bazanı regionda yeganə sülhyaradıcı qüvvəyə çevirir”, - Rusiya qəzeti vurğulayır.

“Bizim bazanın başlıca vəzifəsi regionda heç kim müharibə başlamaq barədə niyyətə belə düşməsin. Bu o deməkdir ki, biz həmişə tam döyüş hazırlığında olmalıyıq. Ona görə də daim məşq edirik, erməni ordusu ilə birgə təlimlər keçiririk, qarşılıqlı fəaliyyəti sınaqdan keçiririk”-hərbi bazanın komandiri, polkovnik Vladimir Yelkanov deyib.

Qəzet qeyd edir ki, Rusiyanın Cənubi Qafqazdakı “hərbi nümayəndəliyində” 5500 əsgər və zabit xidmət keçir, onlardan 1500-i çağırışçılardır. Motoatıcıları tank batalyonu, bir neçə raket və artilleriya diviziyonu, xüsusi təyinatlı rota, pilotsuz aviasiya operatorları bölməsi dəstəkləyir. Bütün bu qruplaşmanı İrəvan yaxınlığındakı “Erebuni” aerodromundakı aviapolk dəstəkləyir. Bir neçə dəqiqə ərzində MiQ-29 qırıcılarından və Mi-24 zərbə vertolyotlarından ibarət qüvvə qoşunlara köməyə gəlməyə hazırdır.

Rusiya MN yanında İctimai şuranın sədri, “Moskovskiy Komsomolets” qəzetinin baş redaktoru Pavel Qusev də öz təəssüratlarını bölüşüb. Deyib ki, 102-ci baza doğrudan da Rusiyanın cənub forpostudur. “Onlar burada ona görə xidmət edirlər ki, biz “böyük torpaq”da dinc və sakit yaşayaq”, - Qusev deyib.

Qəzetin yazdığına görə ekspertlər qeyd edirlər ki, hazırda regionda kövrək tarazlıq hökm sürür. “Gürcüstan 2008-ci il hadisələrindən sonra butulkaya girmək istəmir, açıq-aşkar NATO-ya və ABŞ-a simpatiya bəsləyən Azərbaycan hələlik dostyana neytrallığı saxlayır, Türkiyə isə hətta bizimlə sıx hərbi-texniki əməkdaşlıq qurur. 102-ci bazanın özü isə əla çəkindirici amildir. Ən azından 2044-cü ilə qədər”, - məqalədə deyilir.

Lakin qəzet qeyd edir ki, situasiya istənilən an dəyişə bilər. “Üstəlik Ermənistanın özündə siyasi situasiya dinamitdən betərdir. Buna misal İrəvandakı son çaxnaşmalardır ki, qərbyönümlü Nikol Paşinyanı hakimiyyətə gətirdi. Və onda 102-ci baza məcbur olacaq ki, eyni zamanda bütün cəbhələrdə müdafiəni qoruyub saxlasın”, - məqalədə Rusiya hərbi bazasının Ermənistanın özünə qarşı da tətbiq edilə biləcəyinə açıq eyhamla bildirilir.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *