vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
14:31 | 11 fevral 2019 | Bazar ertəsi Məqaləyə 1308 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“OPEC+ sazişi Rusiya üçün təhlükəlidir”

Seçinin Putinə məktubundan: “İstehlakçıları Rusiya neftindən digərlərinə yönəldiliblər”

“OPEC+ ölkələri tərəfindən neft hasilatının azaldılması ABŞ üçün əlverişli mövqe yaradıb və bu vəziyyət Rusiyanın neft sənayesinin inkişafı üçün strateji təhlükə halına gəlib”.

Bu barədə “Rosneft” şirkətinin rəhbəri İqor Seçinin Rusiya Prezidenti Vladimir Putinə yazdığı məktubda deyilir.

Nəşrin məlumatına görə, İ.Seçin Rusiya neftinin dünya bazarındakı payının 1990-ci ildəki 16,3 faizdən 2018-ci ildə 12 faizədək azaldığını qeyd edərək, istehlakçıların Rusiya neftindən digərlərinə yönəldildiklərini və bunun Rusiya şirkətlərinin bazar payının geri qaytarılmayacaq dərəcədə azalmasına səbəb ola biləcəyini söyləyib.

Rusiya Energetika Nazirliyinin, “Rosneft” və “Qazprom neft” şirkətlərinin nümayəndələri, eləcə də Putinin mətbuat katibi Dmitri Peskov qəzetə məsələyə şərh verməkdən imtina ediblər.

Qeyd edək ki, OPEC və qeyri-OPEC ölkələri 2017-ci ildən etibarən hasilatın azaldılmasına dair saziş imzalayıblar. Sazişin müddəti iki dəfə uzadılıb. 2019-cu ilin may ayına qədər Rusiya hasilatı 2018-ci ilin oktyabr ayındakı göstəricidən 2 faiz az etməli, gündəlik 11,2 milyon barel hasil etməlidir. Saziş iştirakçısı olan ölkələr 2019-cu ilin sonuna qədər razılaşmanın müddətinin uzadılıb-uzadılmaması barədə qərar verməlidir.