Çinlə tərəfdaşlıq və rəqabət
Uyğur məsələsi Ankara ilə Pekinin yollarını ayırıb
Set FRANTZMAN, “Jerusalem Post”
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Çində güclü fırtına
7 nəfər ölüb, 93 min insana ziyan dəyib
-
“S-400”ə qarşı “Brahmos”
Yunanlar tüfəngin qarşısını sapandla almaq istəyir
-
“Əlaqələr kəsilməməlidir”
ABŞ və Çin arasında kritik görüş – “Tayvan qırmızı xətdir”
-
“Tayvanın maketi” həyəcan yaratdı
İşğala hazırlıq, yoxsa psixoloji müharibə təbliğatı?
-
... Avropanın ilk beşliyində
Milyarderlər məskəni, sevimli-əziz şəhər ...
-
Əsəd mühasirədən çıxır(mı?)
Açılış bəhanəsilə Çin səfəri
-
Çinin əhalisi niyə azalıb?
Demoqrafik kiçilmənin səbəbləri ...
-
Son üç ildə ilk səfər
“Hərbi qarşıdurmanı iqtisadi əlaqələrlə qarışdırmayaq”
-
Yumşalma rahatlıq əvəzinə təlaş yaratdı
Camaatın axışdığı bazarlarda, apteklərdə limon və ağrıkəsici yoxa çıxıb
-
Üç Türk lider bölgənin iqtisadi xəritəsini dəyişir
ABŞ-ın narazı qaldığı məqam
-
... Kanada da ABŞ-a qoşulub
Tayvan adasının qorunmasında ...
-
TikTok-a qadağa
Tayvan və ABŞ-ın bir çox ştatında Çindən gələn bəzi tətbiqlərə məhdudiyyət qoyulub
-
Polis çinlilərin izində
Rəsmi Pekinin İtaliyada qurduğu məntəqələrlə bağlı araşdırma başladılıb
-
Dünyanın gözü zillənən zirvə
ABŞ Çinin sərhədlərinə yaxınlaşarkən, Pekin Vaşinqtonun oylağında at oynadır
-
Dövlət Departamentindən “F-16” izahı
“Heç bir müttəfiqimiz Türkiyə qədər öz torpaqlarında terrora məruz qalmır”
-
ABŞ-dan Çini qəzəbləndirən addım
428 milyon dollarlıq silah-sursat satışına icazə verildi
Keçən ay ABŞ prezidenti Juan Quaydonu müvəqqəti prezident olaraq tanıdıqdan sonra Venesuela dövlət başçısı Nikolas Maduronu dəstəkləyən ilk ölkələrdən biri Türkiyə olub. Türkiyə, həmçinin müsəlman uyğur əhaliyə qarşı Çin siyasətini qətiyyətlə pisləyən ilk ölkələrdən biridir.
Şənbə günü, fevralın 9-da Türkiyənin Xarici İşlər Nazirliyi Çini qınayan və Çinin şimal-qərbindəki “Sincan əyalətidə humanitar fəlakətinə son qoymaq üçün təsirli tədbirlər görülməsi üçün” BMT-yə çağırış edən bəyanat yayıb. XİN-in bəyanatında deyilir ki, “bir milyondan çox uyğur türkün qanunsuz həbslər, işgəncə və həbsxanalarda “siyasi beyin yuyulması”na məruz qalır”.
Türkiyə artıq iki vacib qlobal məsələnin ortasında qalıb. O bunu dərk edir və hökumətdə yaxın “Anadolu” agentliyinin bir infoqrafikası, Maduronu dəstəkləmələ, Venesuela böhranında Ankaranın necə böyük bir rol aldığını göstərilir. O, Rusiya, Çin, Kuba, Meksika və digər ölkələrlə eyni səfdə yer alıb.
Türkiyə Venesuelanın mövcud rejimi ilə sıx əlaqədədir. Yanvar ayının ortalarında Venesuelanın vitse-prezidenti Tariq əl-Əysami Ankarada səfərdə olub. Həmin ayın 24-də prezident Rəcəb Tayyib Ərdoğan deyib: “Venesuela xalqının seçkili liderin yanında olacağına inanıram, o, Maduro ilə birlikdə yoluna davam edəcək”.
Maduro keçən il Türkiyədə səfərində olub, məşhur bir restoranda əylənib və Venesuela qızılı ilə əlaqədar Türkiyədə “birgə müəssisə” yaradılacaını açıqlayıb. O vaxt “Bloomberg”in xəbərində bildirilib ki, bu, İrana qarşı sanksiyaların qarşısını almaq və Türkiyənin Qərbdən uzaqlaşmasına cəhdi ilə bağlı ola bilər.
Ancaq Çinlə bağlı bəyanatı ilə Ankara yalnız Venesuela məsələsi ilə Qərbdən uzaqlaşdığını yox, həm də uyğur məsələsinə müsəlman-türk mənşəyini vurğulamaqla, özünü İslam və Türk haqlarının müdafiəçisi kimi səciyələndirdiyini göstərib.
Türkiyə iqtisadiyyatı Çin investisiyalarına ehtiyac duyduğu bu mühüm zamanda XİN-in bəyanatı əks-təsirli ola bilər. Bununla belə, Türkiyə qlobal rol oynadığını və müstəqil olduğunu göstərmək istəyir.
Venesuela məsələsində Ankara Çin ilə çiyin-çiyinə dura bilər, lakin uyğur məsələsində yox.
Həmçinin, bu, Suriyadakı vətəndaş müharibəsi sonrasında Türkiyənin daha güclü xarici siyasətinin bir hissəsi də sayıla bilər. Türkiyə ABŞ prezidenti Donald Trampı Suriyadan çəkilməyə razı sala bildiyinə inanır; Ankarada həm də tezliklə Suriyada yeni hərbi əməliyyata başlayacağını açıqlayıb.
Türkiyə İrana qarşı sanksiyalardan yan keçib və ABŞ-dan möhlət alıb. Bununla yanaşı, o hələ də “S-400” və “Patriot” raket əleyhinə müdafiə sistemlərini almaqla, həm Rusiyaya, həm də ABŞ sisteminə malik olan yeganə NATO ölkəsi olmağa çalışır.
Qara dəniz və Aralıq dənizindəki enerji sektorunda da Türkiyə getdikcə daha çox aktivləşir. Fevralın 9-da Türkiyə prezidenti bildirib ki, “bölgədə yer sahibi olmayanlar masa arxasında otura bilməyəcəklər”.
O, Türkiyənin dənizlər ölkəsi olduğunu vurğulayıb və bununla daha nəyə isə işarə edib.
Türkiyə Sudanda bir limanı inkişaf etdirir və Afrika ərazisində mövcudluğunu genişləndirir. O, Rusiya və Afrika ölkələri ilə əlaqələri artıraraq və Suriyada daha böyük rol oynayaraq Venesueladan Çinə qədər qlobal status axtarır.