vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
BÖHRAN  
13:43 | 12 fevral 2019 | Çərşənbə axşamı Məqaləyə 902 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Tramp Tsinpinlə görüşəcək

İqtisadi müharibəni dayandırmaq üçün ...

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ rəhbərliyi, Prezident Donald Trampın ticarət müharibəsini dayandırmaq üçün üçün Si Tsinpin ilə görüşmək istədiyini bildirib.

Ağ Evin müşaviri Kelyan Konvey (Kellyanne Conway) “Fox News”a verdiyi açıqlamada, “Tramp Tsinpin ilə çox yaxın zamanda görüşmək istəyir. Prezident bağlanacaq müqavilənin amerikalıların, amerikan fəhlələrinin və ABŞ-ın maraqlarına uyğun olmasını istəyir" deyib.

İki tərəfin nümayəndələri, Amerika şirkətlərinə zərər verən dövlət dəstəkli iqtisadi modeldə daha geniş islahatlar aparılmasını bu həftə Pekində müzakirə edəcəklər.

Orta səviyyəli nümayəndələrin Bazar ertəsi günü başlayan danışıqlar, ABŞ-ın Ticarət Nümayəndəsi Robert Laythayzer (Robert Lighthizer), ABŞ-ın Xəzinə Naziri Stiv Mnaçin (Steve Mnuchin) ve Çin Dövlət başçısının köməkçisi Liu Hinin (Liu He) də iştirakı ilə cümə günü davam edəcək.

Danışıqların 1 Mart tarixinə qədər bir müqavilə ilə yekunlaşmayacağına dair narahatlıqlar artıb. 1 Marta qədər bir müqaviləyə bağlanmasa, Prezident Donald Tramp 200 milyard dollarlıq Çin məhsuluna tətbiq edilən idxal vergisini iki dəfə artıracağını bildirmişdi.