vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
GÜNDƏM  
13:15 | 13 fevral 2019 | Çərşənbə Məqaləyə 1672 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ohanyan Sərkisyanı satıb?

Hadisələr həbsə doğru gedir ...

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan 2008-ci ilin 1 mart hadisələrinə görə istintaqda doğrudan da keçmiş prezident Serj Sərkisyanla üzləşdirilib. Amma onu istintaqa satmayıb.

Bu haqda Ermənistanda nəşr edilən “Qraparak” (“Meydan”) qəzeti yazır. Bununla belə mənbə bildirib ki, Serj Sərkisyan özü həbs edilə bilər.

“Ohanyanın Sərkisyana qarşı ifadə verməsi haqda yayılan xəbərlər doğru deyil, bundan əlavə biz bilirik ki, Ohanyan istintaqda belə deyib: ”Sərkisyan mənim ali baş komandanım olub və mən onun əleyhinə ifadə verə bilmərəm”. Bir sözlə, Ohanyan özünü düzgün aparıb”, - qəzetə danışan mənbə belə deyib.

Mənbə əlavə edib ki, istintaqda hər şey Sərkisyanın həbsinə doğru aparır. Hansı ki, hakimiyyətin “qalan hallarda olduğu kimi” Sərkisyanı da həbs etməyə əsası yoxdur.

“Hakimiyyət reytinqinin güclü şəkildə aşağı düşdüyünü görür və ona yeni şou lazımdır, şounu isə bu cür təmin etmək olar”, - mənbə əlavə edib.

Xatırladaq ki, Sərkisyan 2008-ci ildə prezident seçilib və onun seçkilərin saxtalaşdırılması yolu ilə hakimiyyətə gəlməsi güclü etirazlara səbəb olub. İndiki baş nazir Nikol Paşinyanın da qatıldığı bu etirazların yatırılması üçün ordu yeridilib, 10 nəfər öldürülüb. Həmin hadisələr zamanı Seyran Ohanyan Ermənistan Silahlı Qüvvələrinin Baş qərargah rəisi idi.

Ohanyan 2016-cı ilin aprel döyüşlərində Ermənistan ordusunun aldığı zərbələrdən sonra istefaya göndərildi və daha sonra Sərkisyana qarşı müxalifətə keçdi. Lakin siyasətdə heç bir uğur qazana bilmədiyi üçün kölgəyə çəkildi.