vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
CƏMİYYƏT  
21:02 | 13 fevral 2019 | Çərşənbə Məqaləyə 1963 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Prezident həssasdır”

Əflatun Amaşov: “Hər dövlət başçısı bunu bacarmır”

MÖVZU İLƏ ƏLAQƏLİ

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Real TV”yə müsahibəsində səsləndirdiyi fikirləri ilk növbədə onun ölkə mediasına verdiyi dəyər kimi qiymətləndirirəm. Bunu dövlət başçısının özü də vurğuladı”. Bu fikirlər Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşova aiddir.

Ə.Amaşov “Facebook”dakı sosial şəbəkəsindəki səhifəsində qeyd edib ki, Mirşahin Ağayevin suallarına cavabları dövlət başçısının ölkədə həyatın bütün sahələrini incəliklərinə qədər duyduğuna deməyə əsas verir: “Prezident medianın missiyasını dövlət idarəçiliyindəki vacib vasitə kimi görür. Bu, jurnalistikamızın bu gününə, keçdiyimiz yola müstəsna qiymətdir.

Millət vəkili İlham Əliyevin həssas olmasını xüsusilə vurğulayıb: “Müsahibəsində bu həssaslığın ən müxtəlif tərəflərini hiss etdim. Prezidentin hər sözü fəaliyyət platformasıdır, gələcək üçün təminatdır. Onun hər fikrinə Vətən, vətəndaş naminə çalışmaq əzmi, prinsipiallıq və qətiyyətlilik hakimdir”.

“Prezident xalqının lideridir. Hər dövlət başçısı bunu bacarmır. Cənab İlham Əliyev liderliyini həm də səmimiliyi, sadəliyi, alicənablığı ilə qazanmış parlaq simadır”, deyə Ə.Amaşov bildirib.

MŞ sədri fikrini bu sözlərlə sona çatdırıb: “Tanrı ölkəmizi, xalqımızı, ölkəmizi və xalqımızı hamıdan çox düşünən Prezidentimizi qorusun!”