vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
ENERGETİKA  
22:06 | 15 fevral 2019 | Cümə Məqaləyə 1873 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Brent”in qiyməti yüksələcək

“Goldman Sachs” 67, “Spenser Welch” 70 deyir

MÖVZU İLƏ ƏLAQƏLİ

“Brent” markalı xam neftin bir barelinin qiyməti 67,5 dollar səviyyəsinə qalxacaq. ABŞ-ın qabaqcıl investisiya banklarından olan “Goldman Sachs”ın analitikləri bu fikirdədir.

Analitiklərə görə, neftin qiyməti 2018-ci ilin son rübündə kəskin enişdən sonra hazırda 64 dollar/barel səviyyəsində dəyişir. Lakin qarşıdakı aylarda “qara qızıl”ın qiyməti bu səviyyəni ötəcək. Belə ki, ilin ikinci rübündə “Brent”in qiyməti 67,5 dollar/barelə qədər artacaq.

Ekspertlərin fikrincə 2019-cu ildə qlobal neft tələbatı gündəlik 1,4 milyon barel çoxalacaq.

 

* * *

 

“IHS Markit”in neft analitiki “Spenser Welch”, ABŞ-ın İran və Venesuelaya tətbiq etdiyi sanksiyaları və OPEC-in hasilatı azaltmasına görə neft qiymətlərinin 70 dollar ola biləcəyini söyləyib.