vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 23 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
14:21 | 17 fevral 2019 | Bazar Məqaləyə 1368 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rusiyada amerikalı investoru həbs edilib

Maykl Kalvi fırıldaqçılıqda günahlandırılır

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiyada Moskvada qərargahlanan “Baring Vostok” adlı özəl kapital qrupunun təsisçisi, amerikalı investor Maykl Kalvini fırıldaqçılıq şübhəsi ilə həbs edilib.

Moskvanın Basmannı rayon məhkəməsinin sözçüsü deyir ki, Kalvi şirkətin digər üzvləri ilə birlikdə cümə axşamı həbs olunub. Məhkəmə cümə onları həbsdə qalıb-qalmayacaqlarına dair qərar çıxaracaq.

Prokurorlar iddia edir ki, qrupu 1994-cü ildə təsis edən Kalvi 37.5 milyon dollar pul oğurlamaq üçün həmkarı ilə iş birliyi edib. Əgər təqsirli tanınsalar, onlar 10 il həbs cəzası ilə üzləşə bilər.

“İnterfaks” xəbər verir ki, Kalvinin polis tərəfindən saxlanılmasına “Baring Vostok”un nəzarətçi səhmdarı olduğu Rusiyanın “Vostoçnı Bankı” ilə bağlı mübahisə səbəb olub.

Portfoliosu Sibir və Uzaq Şərq bazarlarına əsaslanan “Vostoçnı” aktivlərə görə, Rusiyanın 30 ən böyük bankı arasında yer alır.

“Baring Vostoku” təsis etmədən öncə Kalvi Avropa Yenidənqurma və İnkişaf Bankı, eləcə də “Salomon Brothers”də işləyib.