vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
17:52 | 17 fevral 2019 | Bazar Məqaləyə 1818 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Trampın israrı

ABŞ prezidenti nəyə görə məhz Satterfildi seçib?

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ Türkiyəyə yeni səfir təyinatına hazırlaşır. Bu mənada Ağ Evin namizədi kimi Devid Maykl Satterfildin adı çəkilir. Donald Tramp Satterfildin səfir təyin edilməsi üçün israrlıdır.

Əvvəlcə Satterfild haqqında qısa məlumat verək. Devid Maykl Satterfild 1954-cü ildə ABŞ-ın Mariland ştatının məşhur Baltimor şəhərində anadan olub. 1980-ci ildən bəri Yaxın Şərqlə bağlı bir sıra vəzifələri icra edib. 3 il (1998-2001) Livanda ABŞ səfiri kimi fəaliyyət göstərib. Hazırda məhz ABŞ Dövlət Departamentində Yaxın Şərq əlaqələri üzrə müşavir vəzifəsində çalışır. Göründüyü kimi Satterfild olduqca təcrübəli bir diplomatdır. ABŞ və Türkiyə münasibətlərinin hazırkı vəziyyətini və Suriyadakı fikir ayrılıqlarını nəzərə alsaq, Donald Trampın bu israrını başa düşmək çətin deyil. Lakin, bu təyinatın reallaşması üçün ABŞ senatında keçiriləcək səsvermənin nəticələrini gözləmək lazımdır. Onu da qeyd edək ki, hazırda ABŞ-ın Türkiyədə səfiri yoxdur. Sonuncu səfir isə Con Bass 2017-ci ilə geri çağırılıb.

ABŞ prezidenti Donald Tramp bu təyinatla həm iki ölkə arasındakı münasibətləri tənzimləmək, həm də Türkiyə və Rusiya münasibətlərinin gələcək perspektivləri barədə daha yaxından tanış olmaq istəyir. Düşünürəm ki, ABŞ bununla Türkiyə və Rusiya münasibətlərinin korlanması üçün mümkün bütün addımları ata bilər.

Uzunmüddət müttəfiq olmuş  Türkiyə və ABŞ arasında gərginliyin bu həddə çatmasının əsas səbəbi Suriya konfliktidir. Digər fikir ayrılıqları da məhz bu münaqişədən sonra meydana çıxdı. Xüsusilə də Rusiyadan “S-400” hava hücumundan müdafiə sistemlərinin alınması da bu çatların dərinləşməsinə səbəb oldu. Məsələnin mahiyyəti bundan ibarətdir ki, Türkiyənin Rusiya ilə işbirliyi ABŞ-ın Suriyadakı maraqlarına mane olur. Bu səbəbdən də təyin ediləcək yeni səfir Devid Maykl Satterfildin iki ölkə münasibətlərinin bərpasına töhfə verəcəyi ehtimal edilir.

ABŞ-ın Yaxın Şərqlə bağlı uzun illər əvvəl hazırladığı bir plan var ki, bu da “Böyük Orta Doğu” projesi adlanır. Hərçənd ABŞ yaxın günlərdə, Suriyadan çıxacağını və burda qalmaq onlar üçün olduqca baha başa gəlir deyə əsgərlərini geri qaytaracağını dilə gətirmişdi. Amma bu ABŞ öz maraqlarından əl çəkəcək anlamına gəlmir. Donald Trampın bir neçə saat əvvəl “Suriyada mütləq bufer zona yaradılmalıdır” açıqlaması da buna sübutdur. Bu səbəbdən bölgəyə fransız, alman və ingilislərdən ibarət 1500 NATO hərbçisi yerləşdirəcək. Bundan başqa daha 200 ABŞ əsgəri də bölgədə qalacaq. Bu isə o deməkdir ki, ABŞ lideri olduğu NATO vasitəsilə Suriyada, o cümlədən Yaxın Şərqdə hərbi varlığını davam etdirəcək. Bölgəni beş barmağı kimi tanıyan Satterfildin səfir təyinatı isə bu varlığın diplomatik tərəfini həll edəcək.

Rusif MƏMMƏDSOY