vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
AVROPA  
18:42 | 17 fevral 2019 | Bazar Məqaləyə 1934 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qərb ittifaqları hədəfdədir

Rusiyanın məkrli planı

MÖVZU İLƏ ƏLAQƏLİ

“Rusiya hökuməti Qərb ölkələri arasındakı əlaqələri və ittifaqları dağıtmağı planlaşdırır”.

Bunu Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı İngiltərənin Xarici Kəşfiyyat İdarəsinin (Mİ6) rəhbəri Aleks Yonqer deyib. O, Rusiyanın bunu etməyə haqqı olmadığını bildirib.

Yonqer Moskvanın yeritdiyi bu siyasətin nəticələrinin ağır olacağını söyləyib. Onun sözlərinə görə, Rusiya kəşfiyyatı hələ də Sergey Skripal və qızı Yuliya üçün təhdid təşkil edir.

Qeyd edək ki, ötən ilin mart ayında Solsberi şəhərində Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş zabiti Sergey Skripal və qızı Yuliya zəhərlənib. Bu hadisə Rusiya tərəfindən həyata keçirilən sui-qəsd kimi qiymətləndirilib.