vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
BANK, BİRJA, SIĞORTA  
12:47 | 18 fevral 2019 | Bazar ertəsi Məqaləyə 1443 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Hər 1000 nəfərdən 4-də yoxlamalar aparılıb”

Nazir Mikayıl Cabbarov: “Yeni vergi yanaşması haqsız rəqabətin qarşısını alacaq”

“Uçot sisteminin gizlədilməsi bazarın qeyri-sabitliyinə, neqativ hallara münbit şərait yaradırdı. Bu problemin həlliistiqamətində ciddi irəliləyiş əldə edilsə də biz səylərimizi davam etdirəcəyik”.

Bunu Bakıda keçirilən "Vergilər, Şəffaflıq, İnkişaf" Forumunda çıxış edən vergilər naziri Mikayıl Cabbarov deyib.

M.Cabbarovun sözlərinə görə, ötən illərdə uçot sisteminin bərpası üçün sahibkarlara vaxt verilib. Bununla bağlı, bir sıra sahibkarlara qarşı vergi qanunvericiliyi çərçivəsində mübarizə aparılıb: “Artıq hamı anladı ki, bulanıq suda balıq tutmaq zamanı bitib”.

Nazir qeyd edib ki, yeni vergi yanaşması haqsız rəqabətin qarşısını alacaq: "Vergi sistemində islahatların aparılması zamanı Vergilər Nazirliyinin qarşısında iki mühüm ssenari var idi. Birincisi, vergi yükünün artırılması yolu ilə gedərək daxilolmaları artırmaq, ikincisi isə vergi yükünü azaltmaqla kölgəyə çəkilmiş bütün biznes strukturlarını, vergi ödəyicilərini geniş və bərabərhüquqlu vergi ödəməyə cəlb etmək idi. Azərbaycan hökuməti ikinci yolu seçdi”.

2018-ci ildə səyyar yoxlamalar fəal vergi ödəyicilərinin yalnız 0,4 faizini əhatə edib

Mikayıl Cabbarov deyib ki, Vergilər Nazirliyi 2019-cu ildə vergi auditi sistemini inkişaf etdirməyi planlaşdırır: “Ötən il Azərbaycanda vergi yoxlamalarının sayı əhəmiyyətli dərəcədə azalıb. Bu, fəal vergi ödəyicilərində aparılan səyyar yoxlamalarda da öz əksini tapıb. 2018-ci ildə hər min fəal vergi ödəyicisindən 4-də səyyar yoxlamalar aparılıb ki, bu da cəmi 0,4 faiz təşkil edir”.

Nazirin sözlərinə görə, nazirlik vergi auditinin inkişafı istiqamətində işləri davam etdirəcək və yoxlamalar zamanı ən yeni texnologiyalar tətbiq olunacaq.

“Bütövlükdə, 2019-cu ildə Vergilər Nazirliyi biznes və vergi orqanları arasında münasibətlərin yaxşılaşdırılması və şəffaflığın artırılması istiqamətində işi davam etdirəcək”.