vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
ELM-TƏHSİL, DİN  
14:51 | 18 fevral 2019 | Bazar ertəsi Məqaləyə 1946 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Abdullayevin məqaləsi ermənilərin tədqiqatını alt-üst edib

Petrosyanın 18 saatlıq və bahalı təcrübəsini azərbaycanlı kimyaçı cəmi 1 saata və cüzi xərclə ərsəyə gətirib

MÖVZU İLƏ ƏLAQƏLİ

Bakı Mühəndislik Universitetinin (BMU) kimya mühəndisliyi kafedrasının müdiri Yusif Abdullayevin dünyaca tanınmış “Elsevier” nəşriyyatına aid olan 4,5 impakt faktoru “Journal of Molecular Liquids” jurnalında elmi məqaləsi nəşrə qəbul olunub.

Azərbaycanlı alim “Experimental and computational study of metal-free Bronsted acidic ionic liquid catalyzed benzylic C(sp3)-H bond activation and C-N, C-C cross couplings” adlı məqaləsilə erməni alimi Andranik Petrosyan və onun tədqiqatçı yoldaşlarının Almaniya universitetlərindən birinin laboratoriyasında apardığı tədqiqatın nəticələrini alt-üst edib.

Məqalədə BMU-nun alimi çoxəvəzli pirazinlərin sintezində mövcud üsullara alternativ olaraq ekoloji təmiz, atom ekonomik və qısa müddətli metod təklif edir. Bu metoddan istifadə etməklə BMU-nun tədqiqat laboratoriyasında optimallaşdırılma işləri aparılıb və məhsulun çıxımı artırılıb. Ağır və bahalı metal katalizatorunun alternativi kimi ucuz ion mayesi katalizatoru işlətməklə qısa müddətə solvent istifadə etmədən çoxəvəzli pirazinlərin alınması elmi yenilikdir.

A.Petrosyan və onun həmkarlarının aşağı impakt faktorlu “Tetraheron Vol” jurnalında nəşr etdiyi məqaləsində pirazinlərin alınmasına çoxmərhələli və çox bahalı katalizatorlardan istifadə edərək 18 saat sərf etdiyi halda, Yusif Abdullayevin tədqiqatında bu proses 1 saata başa çatıb.

Nəticədə, eyni məhsulun alınması istiqamətində aparılan iki elmi tədqiqatı  müqayisə etdikdə Azərbaycanlı alimlərin universitetin tədris laboratoriyasında apardıqları tədqiqat qabiliyyətinin, təklif olunan qısa və səmərəli üsulun üstünlüyü açıq-aşkar görünür.

Qeyd edək ki, pirazinlər və onların törəmələri tibb sahəsində böyük əhəmiyyət kəsb edir. Bunlar bioloji aktivliyə malikdir, az toksik maddələr olduğu üçün farmakofor kimi istifadə edilir.

Ətraflı məlumat üçün bax:

https://www.sciencedirect.com/science/article/pii/S0167732218362457?via%3Dihub