vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
CƏMİYYƏT  
15:34 | 18 fevral 2019 | Bazar ertəsi Məqaləyə 1734 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Prezident ciddi islahatlara gedir”

“İqtisadi, institutsional, siyasi dəyişikliklərə start verilib”

Mirmahmud KAZIMOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

“2018-ci ilin aprelin 11-də keçirilən prezident seçkilərindən sonra ölkə başçısı tərəfindən Azərbaycanda çox ciddi iqtisadi, institutsional, siyasi islahatlara start verilib. Bununla bağlı da son zamanlar çox ciddi dəyişikliklərin həyata keçirilməsinə başlanılıb. Bəzi qurumlar ləğv edildi, bəziləri birləşdirildi, kadr islahatları həyata keçirildi. Bu islahatlar hazırda da davam edir”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov ölkə Prezidentinin həyata keçirdiyi islahatlara münasibət bildirərkən deyib. Deputatın sözlərinə görə, bu ilin əvvəlindən başlayaraq, ölkə başçısı yerlərdəki əhali ilə birbaşa ünsiyyətdə olur, onların problemləri ilə şəxsən maraqlanır və yerindəcə tapşırıqlar verir:

“Hesab edirəm ki, bu çox vacib amildir. Bundan əlavə, ölkə başçısı tərəfindən bu ilin əvvəlindən başlayaraq xüsusi əhəmiyyət kəsb edən fərman və sərəncamlar imzalanıb. Ölkə başçısının minimum əmək haqqının 130 manatdan 180 manata çatdırılması ilə bağlı sərəncamını çox yüksək qiymətləndirirəm. Belə ki, bu artım dövlət büdcəsindən maliyyələşən təşkilatlarda və özəl sektorda çalışan azı 600 min işçinin əmək haqqının artmasına imkan verəcək. Bu çox ciddi bir addımdır. Bundan əlavə, cənab Prezident tərəfindən şəhid ailələrinə olan münasibət, onlarla keçirdiyi görüşlər, uzun müddətdir ki, müzakirə edilən “qanpulu”nun  ödənilməsi və s. addımlar bir daha onu göstərdi ki, ölkə başçısı çox ciddi islahatlara gedir”.

V.Əhmədov qeyd edib ki, sabah-fevralın 19-da Prezidentin təşəbbüsü ilə Milli Məclisə daxil olan “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik müzakirə ediləcək:

“Bu çox ciddi bir dəyişiklikdir. Minimum pensiya məbləğinin artırılmasını özündə əks etdirən sənəd ümumilikdə 233 min pensiyaçını (o cümlədən, 140 min nəfər əlilliyə görə pensiya alan şəxsi) əhatə edəcək. Dəyişikliyə görə, əmək pensiyasının minimum məbləği 116 manatdan 160 manata çatdırılacaq. Onlardan 9 min nəfərin pensiyasında 93 faiz (75 manat), 26 min nəfərin pensiyasında 30 faiz (37 manat), 74 min nəfərin pensiyasında 16 faiz (27 manat) və s. artım özünü göstərəcək”.

Deputat bildirib ki, Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə “Əmanətlərin tam sığortalanması haqqında” Qanununda dəyişiklik edilməsi barədə layihə də Milli Məclisə daxil olub:

“Bildiyimiz kimi, əmanətlərin tam sığortalanması barədə qərar 2016-cı il martın 4-dən qüvvəyə minmişdi və bu il martın 4-də qüvvədə olma müddəti yekunlaşırdı. Amma ölkə başçısı tərəfindən humanist addım atılaraq bu qanun layihəsinin yenə də 1 il müddətə uzadılması barədə sənədi parlamentə göndərib.  Mən bir deputat kimi istərdim ki, bu qanun layihəsi 1 il müddətinə yox, 3 ilədək uzadılsın. Çünki 1 il az vaxtdır. Hesab edirəm ki, biz bu vaxt ərzində bank sistemində ciddi bir irəliləyişə nail ola bilmərik. Çünki bu qanunun qəbul edilməsi həm də bank sistemi üçün çox vacibdir. Ona görə ki, insanlar əmanətlərinə görə əmin olur, həm də bank sistemində nikbinlik təmin olunur, kapitallaşma artır. Çünki bank sisteminə gələn vəsaitin əsas hissəsini insanların əmanətləri təşkil edir. Bank sistemi də başa düşməlidir ki, belə bir addım atılıbsa, müəyyən qədər faiz dərəcələrini azaltmalıdırlar, insanlara kredit verən zaman onları incitməməlidirlər və daha çox güzəştlərə getməlidirlər”.

V. Əhmədov ölkə başçısı tərəfindən islahatların davam etdiriləcəyini bildirib: “Hesab edirəm ki, islahatlar davamlı olacaq”.