vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
AMERİKA  
19:12 | 18 fevral 2019 | Bazar ertəsi Məqaləyə 1855 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Okeanın o tayında silah satışı artıb

“Amerikada silah mədəniyyəti amerikalı olmağın özüdür”

MÖVZU İLƏ ƏLAQƏLİ

Yüzlərlər silah entuziastı bu yaxınlarda Vircinia ştatının Şantilli şəhərində keçirilən Milli Silah Şousunda iştirak edib. Vaşinqton şəhəri ətrafında baş tutan şouda satıcılar iştirakçılara müxtəlif cür silah və döyüş sursatı almaq, satmaq və ya dəyişdirmək imkanı yaradıblar.

Bəziləri düşünür ki, silaha sahib olmaq onların yalnız konstitusiya hüququ yox, həm də amerikalı olmaqlarının bir parçasıdır.

“Amerikada silah mədəniyyəti amerikalı olmağın özüdür. Amerikalılar ölkəsini sevir. Mənim kimi buna inananlar silaha sahib olmaqla öz irsimizi qoruduğumuzu düşünürük”, - deyə, Tom adlı silah sahibi bildirib.

Silah satıcısı pakistanlı-amerikalı Abid Qafurun sözlərinə görə, silaha sahib olmaq əsasən təhlükəsizlik məsələsidir.

“Əgər kimsə mənə silah tuşlasa, mən də cavab verməyə hazır olacam. Silahım olduğu üçün özümü qoruya biləcəm”, - deyə, o bildirib.

Lakin silahlara nəzarət qanununun tərəfdarları deyirlər ki, silah almaq çox asandır və əgər qanunlar sərtləşdirilsə ötən il fevral ayında Parkland şəhərində baş verən, 17 nəfərin ölümüylə nəticələnən kütləvi silahlı hücumların qarşısını almaq mümkün olar.

Parkland hücumundan sağ qalanlar da şəxsi tarixçənin araşdırılması da daxil olmaqla, silaha sahib olma qanunlarının sərtləşdirilməsinin tərəfdarıdır.

Bu həftə ABŞ Nümayəndələr Palatasının Hakim heyəti şəxsi tarixçənin araşdırılması ilə bağlı qanun layihəsini təqdim edib.

Federal Təhqiqatlar Bürosunun verdiyi məlumata görə, ABŞ-da son 20 ildə silah satışının səviyyəsi 83 faiz artıb.

Şounun təşkilatçısı Annet Elliotun sözlərinə görə, mövcud silah qanunları yetərlidir.

“İnsanlar gəlir, istədiyi silahı tapır və sənədləri doldurur. Daha sonra bu sənədlər yoxlanılması üçün ştat polisinə göndərilir. Onlar psixi sağlamlığı da əhatə edən şəxsi tarixçəni araşdırırlar. Ardınca FBİ vasitəsilə də şəxsi tarixçə yoxlanılır”, - deyə, Annet Elliot qeyd edib.

Qanuni silaha sahib olmağın qaydaları müxtəlif ştatlarda müxtəlifdir. Parkland atışmasından sonra silah qanunlarının sərtləşdirilməsinin tərəfdarları çoxalsa da, bu, uzun çəkmədi.

Hadisədən bir il sonra aparılan sorğular onu göstərir ki, qanunların sərtləşdirilməsini dəstəkləyənlərin sayı faiz etibarilə azalaraq, Parkland atışmasından öncəki səviyyəsinə enib.