vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
DÜNYA  
10:17 | 20 fevral 2019 | Çərşənbə Məqaləyə 1721 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ABŞ müttəfiqini yarı yolda qoyarmı?

“Bloomberg”: “Yaponiya indidən ikinci Tramp-Kim sammitinin kabus ssenarisini yaşayır”

MÖVZU İLƏ ƏLAQƏLİ

“ABŞ-ın ən yaxın müttəfiqlərindən, Yaponiya rəsmi Vaşinqtonun Şimali Koreya rejimi ilə ikinci sammitin “kabus ssenarisindən” qorxur. Yaponiya ilə ABŞ arasında nüvə danışıqları məsələsində maraqlarının üst-üstə düşməməsi buna rəvac verir”. Bu fikir “Bloomberg” agentliyinin məlumatında səslənib.

Məlum olduğu kimi, ABŞ prezidenti Donald Tramp və KXDR rəhbəri Kim Çen In fevralın sonunda Vyetnamın paytaxtı Xanoy şəhərində danışıqlar masasına əyləşməlidir.

Yaponiyanı Şimali Koreya ilə altıtərəfli danışıqlarda təmsil edən Mitoci Yabunaka ölkəsinin “yarıxam, aldadıcı” müqavilədən və Donald Trampın rəsmi Pxenyana qarşı tərksilah sahəsində hər hansı tərəqqi əldə etmədən sərt mövqeyini yumşaldacağından çəkindiyini dilə gətirib.

Belə ki, yaponlar Şimali Koreya üçün daha az təhlükəli sayılan zəif sazişin imzalanacağından qorxurlar. Çünki bu sazişdə Şimali Koreya ABŞ üçün təhlükə əxz edən qitələrarası raketlərin ləğvinə razı, Yaponiya üçün təhdid törədən orta və kiçik mənzilli raketlərin arsenalının ləğvindən isə imtina edə bilər.

“Yaponiya üçün ən böyük üstünlük baş nazir Sindzo Abenin Donald Trampla yaxın şəxsi münasibətlərdə qalması sayılırdı. Indi isə bu da keçməyə bilər”, - deyə yapon ekspert Motoxiro Ono “Bloomberg”ə söyləyib.

Bundan başqa, Donald Tramp yaxın müttəfiqinin Sakit okean ticarət sazişindən çıxmaqla, habelə “milli təhlükəsizlik” baxımından yapon metal məmulatlarına əlavə gömrük rüsumları tətbiq etməklə onu tək qoya biləcəyini göstərib. Üstəlik ABŞ prezidenti rəsmi Tokionu cüzi hərbi büdcədən dolayı ittiham edir.

Analitiklərin rəyincə, baş nazir Sindzo Abenin Donald Trampı Nobel mükafatına təqdim etməsi, habelə Yaponiyanın Xuan Quaydonu Venesuela prezidenti kimi tanımasının səbəblərindən biri də budur.