vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 18 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
TÜRK DÜNYASI  
12:31 | 20 fevral 2019 | Çərşənbə Məqaləyə 1827 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qərib folklor

Kərkükdən-Təbrizə, Göyçədən-Qarabağa, Dərbənddən-Borçalıya ...

Rauf QƏRİB

MÖVZU İLƏ ƏLAQƏLİ

Yurdlarımız kimi folklorumuz da qəribdi. Ya sahib çıxa bilmirik, ya da izin vermirlər.

Avropa öz cılız folklorunu dünya boyda göstərməyin cəhdindəykən, biz dünya boyda olan folklorumuzu “cılız” boyda da göstərə bilmirik. Halbuki Azərbaycanın folkloru onun indiki inzibati-siyasi arazisindən qat-qat böyükdür.

Dədəm Qorqudun qopuzu, Koroğlunun sazı Azərbaycan (türk) folklorunun böyüklüyünün simgəsidir.

Gərçi qopuzumuz da, sazımız da sayəmizdə folklorumuzun qəribliyindən öz nəsibini alıb. Ərazilərimizin xəritəsi dəyişdikcə folklorumuzun da xəritəsi sıxışdırılmağa başlayıb.

Kərkükdən-Təbrizə, Göyçədən-Qarabağa, Dərbənddən-Borçalıya və bunların hamısından Bakıya uzanan tək körpünün adı folklordur.

Bir çox dəyərlərimizə sahib çıxa bilmədiyimiz kimi, folklorumuza da sahib çıxa bilməməmizin nəticəsidir ki, Qorqudun qopuzu hərraca qoyulur, Ələsgərin qəbri, Vaqifin məqbərəsi taptaqda qalır, Natəvanın qələmi Şuşadan, aşıqlarımızın sazı Kəlbəcərdən qaçaq düşür. Mərmilər Fizulinin qəzəlinə, güllələr Qarabağın şikəstəsinə tuş gəlir və məğlub duruma düşürük.

Bir zamanlar Divan ədəbiyyatı ilə öyünən xalqımız bəzi dırnaqarası yazarlar tərəfindən “çarpayı ədəbiyyatı” oxumağa məcbur edilir. Nəticədə də folklorumuz , mədəniyyətimiz, qopuzumuz, sazımız kimi vətənimiz də qəribliyə sürüklənir.

Yaşı dünyanın yaşına bərabər olan Azərbaycan (türk) folklorunu qərib qoyanlara bu xalqın bir parçası və Qəribi olaraq haqqımı halal etmirəm.