vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
REGİON  
13:25 | 20 fevral 2019 | Çərşənbə Məqaləyə 1692 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ruhaninin fırıldaqçı qardaşı oğlu?

Məhkəmə bağlı qapı arxasında keçirilir

MÖVZU İLƏ ƏLAQƏLİ

İran Prezidenti Həsən Ruhaninin qardaşı oğlu Hüseyn Firudinə qarşı irəli sürülmüş ittihamlar üzrə fevralın 19-da ilkin məhkəmə iclası keçirilib.

Məhkəmənin bağlı qapılar arxasında keçirildiyi bildirilir. Bu cinayət işi üzrə Həsən Ruhaninin qardaşı oğlu ilə birlikdə digər 4 dövlət işçisinə qarşı da maliyyə fırıldaqçılığı üzrə ittiham elan edilib. Lakin onlara qarşı irəli sürülən ittihamın detalları bu günə qədər açıqlanmayıb.

Hüseyn Firudin 2018-ci il iyulun 16-da maliyyə fırıldaqçılığı ilə bağlı İrana çağırılmışdı. Polis tərəfindən ona ittiham edildiyi məsələ ilə bağlı məlumat veriləndən sonra şərti azadlığı üçün girov müəyyənləşdirilmişdi. Lakin girovu təqdim edə bilmədiyindən, həbs edilmişdi. 1 gün həbsdə qaldıqdan sonra o dövr İranın səhiyyə naziri Hüseyn Firudinin azad edilməsi üçün 35 milyard tümənlik girov təqdim etmişdi. Bu isə İranda böyük səs-küyə səbəb olmuşdu.

Xatırladaq ki, Hüseyn Firudin İran Prezidenti Həsən Ruhaninin həm qardaşı oğlu, həm də prezidentliyinin ilk illərində müşaviri olub. O, Tehranla 5+1 ölkələri arasında nüvə müzakirələrində də İran nümayəndə heyətinin tərkibində təmsil olunub. Nüvə razılaşması əldə ediləndən sonra Amerikaya köçüb və orada yaşayır.