vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
REGİON  
09:39 | 21 fevral 2019 | Cümə axşamı Məqaləyə 1347 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Mahan Air” qara siyahıda

ABŞ Maliyyə Nazirliyi Suriyaya silah daşıyan erməni şirkətini ifşa etdi

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ Maliyyə Nazirliyinin Xarici aktivlər üzərində nəzarət idarəsi (U.S. Department of the Treasury’s Office of Foreign Assets Control-OFAC) Suriyada fəaliyyət göstərən iki iranlı hüquqi şəxsə qarşı sanksiya tətbiq edib.

Bunlar İran İslam Keşikçiləri korpusuna bağlı “Mahan Air” aviaşirkəti və həmin şirkətin Ermənistandakı satış üzrə baş agentliyidir.

ABŞ-ın Ermənistandakı səfirliyinin rəsmi səhifəsində yayınlanan həmin sensasion məlumatı təqdim edirik.

Əfqan və Pakistan qaçqınlarının içindən toplanan, əfqan döyüşçülərdən ibarət “Fatemuyun” diviziyası və pakistanlıların daxil olduğu “Zeynəbiyun briqadası” İİKK-nın Suriyadakı komandirləri və onun “Bəsic” milisləri tərəfindən idarə olunur.

2018-ci ilin oktyabrın 18-də OFAC “Bəsic”in Suriyada döyüşmək məqsədilə sıralarına yeni döyüşçülərin, o cümlədən uşaq yaşındakı əsgərlərin cəlb edilməsi üçün 20 korporasiyadan və maliyyə quruluşlarından ibarət maliyyə şəbəkəsini ortaya çıxarıb. Həmin təşkilatlar birbaşa İİKK-yə dəstək vermək üçün yaradılıb.

Bundan başqa, OFAC “Mahan Air”ə məxsus və nəzarət edilən “Qeshm Fars Air”, habelə Ermənistanda yerləşən “Flight Travel LLC” şirkətini aşkar edib. “Mahan Air” İİKK-nın və onun Suriyadakı təmsilçilərinin dəstəklənməsində önəmli rol oynayır. “Fatemiyun dəstəsi”, həmçinin “Zeynabiyun” briqadası, o cümlədən “Qashm Fars Air” və “LLC Flight Travel” ABŞ-ın əks-terror orqanlarının hədəfində olan qurumlar sayılır.

Ermənistanda yerləşən “Flight Travel LLC” şirkəti isə “Mahan Air”in əsas gəlir mənbələrindən biri hesab olunur. Şirkət Ermənistanda “Mahan Air GSA” kimi fəaliyyət göstərməsindən dolayı ABŞ Maliyyə nazirliyinin diqqətinə düşüb. “Mahan GSA” aviaşirkətin brendi altında satış və maketinq, habelə inzibati və maliyyə xidmətlərini icra edir.

“Flight Travel LLC” dəfələlrə “Mahan Air”ə verdiyi kommersiya dəstəyinə görə sanksiyalara məruz qalacağı barədə edilən xəbərdarlıqları görməzdən gəlib. İndi bu firma son 7 ayda “Mahan Air” adından çıxış etdiyinə görə Maliyyə nazirliyinin cəzasına məruz qalıb. 2018-ci ilin iyununda OFAC “Mahan Air GSA”nın Malayziyadakı, sentyabrında isə Tailandakı qollarını da üzə çıxarıb.

“Flight Travel LLC”nin sanksiya siyahısına daxil edilməsi ABŞ hökumətinin "Mahan Air" şirkətinə xarici dəstəyin kəsilməsi, habelə bu hava şirkəti ilə kommersiya münasibətləri quran fiziki və hüquqi şəxslərin sanksiya riski ilə üzləşə biləcəyi məsələsində qərarlığını nümayiş etdirir.

Mülki aviasiya sahəsində çalışan şəxslər hüquqi öhdəliklərinin təmin olunması yolunda bütün tədbirləri görməlidirlər. Hava şirkətləri biletlərin bronu və satış xidmətlərini həyata keçirərkən adlarından çıxış etdikləri və ya əməkdaşlıq etdikləri şirkətlərin sanksiya siyahısında olub-olmadığını ciddi şəkildə yoxlamalıdırlar.

Buraya marketinq xidmətləri, təyyarə üçün avadanlıq və detalların alınması, texniki xidmət barədə müqavilələlər, hava şirkətinə yürüstü xidmətin göstərilməsi, yemək xidməti, xətlərarası ötürmə və birgə istifadə, habelə benzin doldurma da daxildir.

Bu cür fəaliyyəti həyata keçirən şirkətlərin Birləşmiş Ştatlarda olan və ya nəzarət edilən bütün əmlak və aktivlərinə həbs qoyularaq OFAC-ın sərəncamına verilir.