İrəvan Avroatlantika istiqamətində fəallaşır
Ermənistan Qərblə təmaslarda da Azərbaycanı üstələməyə can atır
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Pis deyil, Pive ilə gedər...
... Yaxud “Nansy” arasında bağlılıq
-
“Ermənistan mövcud olmayacaq”
“Qoruyucu mələklər”i bədxah qonşularımızdan üz çevirməyə başlayır
-
Avropa Ermənistanı tək buraxır
Sülhməramlılar isə Moskvadan göstəriş gözləyir
-
Köpək siyasəti...
Rusiya ilə separatçılar sinxron hərəkət edir
-
Allahsızlığın iki növü...
Cəllad Miloşeviç cəzasını verənlər Xameneyiyə göz yumur ...
-
İranın Ermənistan planı
Tehran Avrasiya İqtisadi İttifaqına bazarlarına çıxış əldə etmək istəyir
-
Ağ Evdən Aİ-nin qərarına dəstək
ABŞ tətbiqin Rusiyanın döyüş qabiliyyətinin azaldacağına inanır
-
Aİ ilə Fransanın fərqi ...
Avropa separatizmdən yarasa işıqdan qorxan kimi qorxur
-
“Film”in sonu...
Fransa bizim üçün tam şəkildə itirildi
-
Seçim də Paşinyanındır, məsuliyyət də
Qərb isə ilin sonuna qədər sülh müqaviləsi istəyir
-
Ölünün qıdığı gəlməz ...
İrəvan Minsk Qrupunu diriltməyə çalışır, Moskva separat oyuncağı ...
-
Makronun “erməni məhəbbəti” ...
... iki qitənin həyati əhəmiyyətli layihəsinin təkərinə çomaq soxur
-
Parisin Qafqazdakı son durağı
Fransanın kasıb və balaca Ermənistan başqa söykənəcəyi başqa bir ölkə yoxdur
-
İrəvanın qara günləri qarşıda
Zəngəzur dəhlizi məsələsində Azərbaycan-Rusiya razılaşması
-
... İrəvandan İrana təşəkkür
Anti-Azərbaycan mövqeyinə görə ...
-
İrəvan danışıqları sabotaj edir
Paşinyanın tələbi Kremlin maraqlarına xidmət edir
Sloveniyanın sabiq prezidenti Danilo Tyurk İrəvanda bəyan edib ki, Avropa Birliyinin sizə ora getmənizi və tələb etmənizi təklif etməsini gözləməyin. Avropalı keçmiş vəzifəli şəxs faktiki Ermənistan hakimiyyətinə Avropaya yönəlik siyasətdə daha aktiv olmağı təlqin edir.
Sloveniyanın sabiq prezidentinin bu çağırışı xüsusilə ona görə mühümdür ki, o, yəqin, Köhnə dünyadakı münasibətlər sistemini yaxşı təsəvvür edir və buna uyğun olaraq İrəvana işarə edir ki, əgər gözləsəniz, orada sizə növbə çatmayacaq, çünki Avropa ehtiyatları uğrunda rəqabət çox yüksəkdir.
Xüsusilə nəzərə alınmalıdır ki, Ermənsitanla bağlı, əlbəttə, əlavə bir çağırış – Azərbaycan da var. Azərbaycan Avropanı, özü üçün olmasa da, Ermənistana mümkün qədər maneçilik törətmək üçün, ehtiyatlarla doldurmağa cəhd edir.
Şübhə etməməliyik ki, xüsusən “məxməri inqilab”dan sonra Azərbaycan bu məsələdə çox səy göstərəcək. Ermənistanın “məxməri inqilab” hesabına əldə etdiyi siyasi-sivilizasiya üstünlüyünü neytrallaşdırmaq üçün bu səylər, təbii, Avropanı mümkün olduqca daha çox ehtiyatla təmin etmək adı altında göstəriləcək.
Ermənistan hakimiyyəti son dövrdə AB istiqamətində aparılan işi “məxməri inqilab”dan sonrakı ilk aylara nisbətən, nəzərəçarpacaq dərəcədə canlandırıb. Digər tərəfdən, aylarla verilən bu fasilə yeni, eyni zamanda tam formalaşmamış hakimiyyətin tamamilə anlaşılan digər problemlərilə şərtlənirdi. İndi buraxılan zamanın yerini doldurmaq lazımdır. Bu nöqteyi-nəzərdən, baş nazir Nikol Paşinyanın Almaniya səfəri, eyni zamanda AB üzvü olan 16 ölkənin xüsusi səfirlərinin Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində Ermənistana səfər etməsi mühüm və əlamətdardır. Martın əvvəlində Ermənistanda keçiriləcək NATO həftəsi də mühüm əhəmiyyət kəsb edəcək.
Ermənistanın Avroatlantika istiqamətində aktivləşməsi, bu mənada, gözəçarpacaq dərəcədədir. Lakin mühümdür ki, bu, yalnız yaranmış vəziyyətə uyğun bir hal olmasın, fraqmental xarakter daşımasın. Burada Avropanın diplomatik dairələrilə daha intensiv təmaslara imkan verən parlament diplomatiyası, təbii, həddindən artıq mühüm əhəmiyyət kəsb edəcək.
Ancaq burada hər şeydən mühüm olanı, əlbəttə, İrəvanla Brüssel arasındakı dərin strateji təsəvvürlərin ümumiliyidir. Eyni zamanda bir mühüm şərt – Brüsselin AB olmadığı və ya çoxdan bütün AB olmadığı da nəzərə alınmalıdır. Və bu mənada, əlbəttə, Ermənistan üçün sahib olduğu AB strategiyasına həlledici əhəmiyyət kəsb edən ikitərəfli münasibətlər strategiyasını əlavə etmək həddindən artıq vacibdir.
Bu planda çox vacibdir ki, İrəvan baş nazir Nikol Paşinyanın Almaniya səfəri ilə kifayətlənməsin və yaxın dövrdə digər mühüm Avropa ölkələrinə də, heç olmasa Xarici işlər naziri səviyyəsində səfərlər təşkil edilsin. Bu, hazırkı dəyişikliklər dövründə, yeni Avropa Parlamentinin seçiləcəyi və faktiki Avropa hökumətinin formalaşdırılacağı bir vaxtda İrəvana bir tərəfdən Avropanın nəbzini tutmaq, digər tərəfdən də Azərbaycana mane olmaq kimi ən mühüm vəzifəni yerinə yetirmək imkanı verəcək.
Nəhayət, bizim vəzifəmiz Avropada “özümüz olmaq” (Ermənistanın xristian kimliyi, Avropa ilə eyni dini-mədəni kimliyə sahib olması nəzərdə tutulur – tərc.) və bununla Azərbaycandan faktiki fərqlənmək olmalıdır.
Biz demokratiyanın səviyyəsilə və ya ağ və qara, yaxşı və pis kimi deyil, “özümüz olmaq”la, qarşıya Azərbaycan üçün faktiki mümkün olmayan vəzifə qoymaqla fərqlənməliyik. Belə ki, onlar yaxşı olmaqla və ya bir qədər “ağarmaq”la çıxış yolu, metodu tapa bilərlər, lakin İrəvanın “özü olması” planında təbii, dərin üstünlüyü var. Və bundan istifadə edilməlidir.