vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
ENERGETİKA  
11:09 | 21 fevral 2019 | Cümə axşamı Məqaləyə 1055 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Neft bu gecə də bahalaşdı

Bazarda artan nikbinlik var

MÖVZU İLƏ ƏLAQƏLİ

21.02.19 - Bazarda artan nikbinlik var...

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin 1 barelinin qiyməti 0,6 dollar və yaxud 0,88 faiz artıb.

“Azeri Light” hazırda 68,5 dollar satılır.

 

* * *

 

Səudiyyə Ərəbistanının hasilatını azaltması və ABŞ ilə Çin arasındakı ticarət müharibəsinə dair nikbin gözləntilər ilə əlaqədar olaraq neft qiymətləri yüksəlir.

Bakı vaxtı ilə saat 20:28-də “Brent” nefti 1 faiz bahalaşma ilə 67,10 dollardan alıcı tapıb. ABŞ-ın Qərbi Texas (WTI) xam nefti isə 1,4 faiz bahalaşaraq 57,28 dollara qalxıb.

“Bloomberg”in hesablamalarına görə, Səudiyyə Ərəbistanı yanvar ayında öhdəlik götürdüyündən daha çox neft hasilatını azaldıb. Ancaq OPEC+ koalisiyanın 21 üzvündən 10-u qlobal təklif bolluğunu aradan qaldırmağı hədəfləyən müqavilədə öhdəlik götürdükləri miqdara tabe olmayıb.

ABŞ və Çin arasında ticarət danışıqları Çərşənbə axşamı günü yenidən başlayıb. ABŞ, razılaşma təmin olunmasa, 1 martda Çin məhsullarına əlavə gömrük vergisi tətbiq etməyə başlayacaq.

“Neft qiymətləri OPEC + koalisiyanın hasilatı azaltması və xüsusən Səudiyyə Ərəbistanının qiyməti qaldırmaq mövzusundakı əzmindən dəstək alır. Həmçinin ABŞ ilə Çinin ticarət münaqişəsini həll edəcəkləri barədə artan bir nikbinlik var”, - deyə analitiklər bildirirlər.