vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
BÖHRAN  
13:29 | 21 fevral 2019 | Cümə axşamı Məqaləyə 1529 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Putin ABŞ-ın tələsinə düşür

SSRİ-ni də bu yolla dağıtdılar

Elxan ŞAHİNOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya prezidenti Vladimir Putinin fevralın 20-də Federal Şura və Dövlət Dumasına illik müraciətini diqqətlə dinlədim. Gəldiyim qənaət budur ki, Putin 2000-ci ildən bu yana Rusiya iqtisadiyyatını inkişaf etdirməyə çalışsa da, əldə etdiyi nəticə cüzidir. Özü də çıxışında etiraf etdi ki, Rusiyada hələ də 19 milyon insan yoxsulluq həddində yaşayır. Putin 18 ildir eyni sözləri deyir: “Yoxsulluqla qurtarmalıyıq”, “insanların həyat şəraitlərini artırmalıyıq”, “düşünmək üçün zamanımız yoxdur, hərəkətə keçməliyik” və s. Dəyişən bir şey yoxdur.

Rusiyanın ağır iqtisadi və sosial vəziyyətinə rəğmən, Putin bu dəfə də ABŞ-a meydan sulamağı unutmadı. O hətta Amerikaya tuşlaya biləcək raketlərin adlarını çəkdi: “Avanqard”, “Peresvet”, “Kinjal”, “Burevestnik”, “Poseydon” və “Siklon”. Putin sonuncu raketin üzərində xüsusi dayandı. Nüvə başlığı daşıya bilən “Siklon” raketi 9 min kilometr məsafəyə qədər uçur. Bununla Putin demək istəyir ki, Rusiyanın raketləri nəinki Amerikanın Avropaladakı müttəfiqlərini, Amerikanın özünü də hədəfə götürəcək. Heç “soyuq müharibə” illərində Kremldən Vaşinqtona bu cür təhdidlər ünvanlanmırdı.

Putin Amerikanın tələsinə düşür. Amerikanın elə məqsədi odur ki, 19 milyon yoxsulu olan Rusiya öz maliyyəsini iqtisadiyyata deyil, bahalı raketlərə və başqa hərbi layihələrə xərcləsin. SSRİ-ni də vaxtilə bu yolla dağıtdılar.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)