vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
QARABAĞ  
18:39 | 26 fevral 2014 | Çərşənbə Məqaləyə 2557 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Avropa Parlamenti qarşısında azərbaycanlıların mitinqi

«Xoca» filmi Brüsseldə nümayiş olunub

MÖVZU İLƏ ƏLAQƏLİ

Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar Belçika Krallığının paytaxtı Brüssel şəhərində - Avropa Parlamentinin qarşısında etiraz aksiyası keçirilib.

«Qafqazinfo» xəbər verir ki, Benilüks Azərbaycanlıları Konqresinin (BAK) təşkilatçılığı və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutan aksiyada 200 nəfərdən çox soydaşımız iştirak edib.

Aksiyada çıxış edən BAK-ın sədri Sahil Qasımov, təşkilatın vitse-prezidenti Elsevər Məmmədov Avropa Parlamentindən Xocalı soyqırımının qəbul olunmasını və hüquqi qiymət verilməsini tələb ediblər.
Etiraz mitinqi daha sonra yürüşlə davam edib. Əllərində Azərbaycan bayraqları və Xocalıya ədalət tələb edən plakatlar tutmuş nümayişçilər etiraz aksiyasını Ermənistan səfirliyi qarşısında başa çatdırıblar.
Mitinqdən sonra Brüsseldəki mərkəzi otellərdən birinin kino zalında Vahid Mustafayevin «Xoca» adlı filmi nümayiş olunub.