vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 23 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
AVROPA  
13:38 | 23 fevral 2019 | Şənbə Məqaləyə 1774 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Latviyada fəxr edilməyəsi birincilik

2018-ci ildə 1 faizə yaxın azalma var

MÖVZU İLƏ ƏLAQƏLİ

2018-ci ildə Latviyanın əhalisi 0,98 faiz, yəni 18 min 830 nəfər azalıb. “Worldometers” beynəlxalq təşkilatının açıqladığı rəqəmlərə əsasən, bu göstərici ilə Latviya əhalisi sürətlə azalan birinci ölkədir. Latviya Statistika İdarəsi ölkə əhalisinin azalması faktını qəbul etsə də, bu rəqəmin daha az olduğunu qeyd edib.

Rəsmi məlumata görə, ötən il ölkə əhalisinin sayında 14 min nəfər azalma müşahidə edilib ki, bu da 0,74 faiz deməkdir. Lakin bu rəqəmlər də Latviyanın əhalisinin azalma sürətinə görə dünya ölkələri sırasında birinci olması faktını dəyişmir. Çünki ikinci yerdə olan Bolqarıstanda bu göstərici 0,68 faizə bərabərdir.

Qeyd edək ki, Latviya əhalisinin azalmasının əsas səbəbi başqa ölkələrə köçdür.