vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 mart 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
REGİON  
16:06 | 23 fevral 2019 | Şənbə Məqaləyə 199 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Oliqarxların mafiya maraqları

Amerikalı milyarderin həbsi Rusiyadakı investisiya mühitinə olan inamı tamamilə məhv etdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu ilin fevral ayının 7-də rusiyalı biznesmen və “Vostoçnı” bankının səhmdarı Şerzod Yusupov Rusiya FTX-nə müraciətində “Baring Vostok Capital” investisiya fondundan şikayət edib. Fondun direktorları arasında uzun müddətdən bəri Moskvada yaşayıb işləyən iki qərbli iş adamı, amerikalı Maykl Kalvi və fransız Filipp Delpal olub.

Şikayətə görə, Barin Vostok 2017-c ildə “Vostoçnı” bankdan 2,5milyard rubl (33 milyon avro) kredit götürüb. Sonradan

“Barin Vostok” bu krediti dəyəri 3 milyard rubla ölçülən Lüksemburqlu bir şirkətin səhmləri ilə ödəyib. Şerzod Yusupov isə şikayətində aldadıldığını bildirərək həmin şirkətin səhmlərinin real bazar qiymətinin 6 milyon rubldan artıq olmadığını bildirib.

Cəmi 8 gün sonra isə Maykl Kalvi və Fiipil Delpal, bir neçə Rusiyalı həmkralaır ilə birlikdə həbs olunublar Onlara qarşı Rusiya Federasiyasını Cinayət Məcəlləsinin “böyük miqyasda dələduzluq” adı ilə 159-cu maddəsi üzrə iş açılıb.

“Təqsirləndirilən şəxslərin vəkillərini sözlərinə görə, adları çəkilən biznesmenlər başqa oyunlaırn qurbanı olublar. Şerzod Yusupovun şikayəti isə əvvəlcədən hazırlanmış kombinasiya imiş”,-deyə Fransanın “Liberation” qəzetindən Lüsyen Jak yazıb.

Əslində isə “Barinq Vostok” şirkəti ilə əsl münaqişədə olan “Vostoçnı” bankının digər səhmdarı və Ş.Yusupovun ortağı Artyom Avetisyandır.

Bununla bağlı artıq neçə aydır ki, Londonda yerləşən Beynəlxalq arbitraj məhkəməsində iş gedir.

Artyom Avetisyanın Rusiyanın kənd təsərrüfatı naziri Dmitri Patruşevlə yaxın münasibətlərdə olduğu bilinir. Dmitri Patruşev isə 2000-2008-ci illərdə Federal Təhlükəsizlik Xidmətinə rəhbərlik etmiş, hazırda Təhlükəsizlik Şurasının katibi vəzifəsində çalışan Nikolay Patruşevin oğludur.

Müəllifin fikrincə, Şerzod Yusupov və onun havadarları FTX-yə müraciət etməklə Londondakı prosesə əlavə təzyiq vasitəsi qazanmış olublar.

Almaniyanın “Handelsblatt” qəzeti isə Mayk Kalvinin həbsinin Rusiyada iş görmək istəyən olan-qalan biznesmenləri də şoka saldığını bildirir.

“Bu iş Rusiyanın onsuz da bərbad gündə olan investisiya mühitini daha da pisləşdirəcək. Elə Mərkəzi bankın özünün 2018-ci ilin hesabatında Rusiyaya qeyri-rezidentlər tərəfindən qoyulan sərmayə 27 milyarddan 1,9 milyard dollara enib”, -deyə qəzetdə yazılıb.

Özü də Kalvin Rusiyada biznes aparan tək-tük qərbli investorlardan sayılrmış. Belə ki, Krımın işğalındna sonra Qərbin sanksiyalarının təsiri ilə “Blackstone” və “TPG” kimi iri sərmayə fondları ölkəni tərk edib.

“Bütün bunlar dövlət təhlükəsizliyi xidmətini funksiyasının yerinə yetirən qurumların ölkədəki biznes mühitinə nə dərəcədə laqeyd olduğunu nümayiş etdirir. Kalvin xüsusi xidmət orqanları ilə bağlantılara sahib oliqarxlara ilişib”,-deyə qəzetdə qeyd olunub.

Rusiyanın məşhur iqtisadçısı, Vladislav İnozemtsevə görə isə, sonda xaricilərin hamısının iqtisadi sektorları tərk etməsi və onların akivlərinin dövlət konsernlərinə verilməsi prosesi başa çatacaq”.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *