vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
AMERİKA  
11:13 | 25 fevral 2019 | Bazar ertəsi Məqaləyə 1427 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Tramp “atəşkəs”i uzatdı

Tərəflərin 90 gün vaxtı var

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ Prezidenti Donald Tramp Çin dövlət başçısı Xi Jinping ilə yekun razılaşma təmin etməyi istədiyini, tərəflərin texnologiya və internet protokolu kimi mövzularda irəliləyiş qeyd etdiklərini bildirib.

ABŞ Prezidenti Donald Tramp, Bazar günü Vaşinqtonda keçirilmiş ticarət danışıqlarının son mərhələsinin ardından Çin məhsullarına tətbiq olunması planlaşdırılan əlavə gömrük vergiləri üçün söz verdiyi tarix olan 1 Martı "qət edilən əhəmiyyətli məsafəni" səbəb göstərərək uzadacağını söyləyib.

Tramp “Twitter” hesabından etdiyi açıqlamada "ABŞ Çin ilə ticarət danışıqları daxilində əqli və sənaye mülkiyyət haqqları, texnologiya transferi, kənd təsərrüfatı, xidmətlər, məzənnə kimi məsələlər üzərində az hesab edilməyəcək bir yol qət etmişdir. Bu məhsuldar müddətin nəticəsi olaraq vergilərin yüksəldilməsi üçün təyin etdiyim 1 mart tarixini olan təxirə salıram" deyib.

Əgər tərəflər danışıqlar daxilində daha çox mövzu üzərində razılaşalar, ABŞ Prezidenti Donald Tramp və Çin Dövlət başçısı Xi Jinpingin razılaşmanı son forma çatdırmaq məqsədilə Floridada görüşmələri planlaşdırılır. Görüşün  tarixi ya da gömrük vergilərinin hansı tarixə təxirə salındığına dair bir məlumat verilməyib.

Çinin xəbər agentliyi “Xinhua”nın xəbərinə görə müzakirələrin son halqasında 'müəyyən' mövzular üzərində əhəmiyyətli ölçüdə razılaşma təmin edilib.

Ötən il Dekabr ayının əvvəlində, ABŞ Prezidenti Donald Tramp və Çinin Dövlət başçısı Xi Jinping Argentinada keçirdikləri görüşdə "iki ölkənin bir-birinə 90 gün ərzində yeni gömrük vergisi tətbiq etməmək" məsələsində razılaşmışlar. Razılaşmaya görə, ABŞ ilə Çin, 90 gün ərzində bir razılığa gəlmək məqsədilə yeni ticarət danışıqları aparacaqlar və bu müddət ərzində iki ölkə də qarşılıqlı olaraq hər hansı bir yeni gömrük vergisi tətbiq edilməyəcəkdir. Açıqlamada, əgər 3 aylıq danışıq prosesinin sonunda bir müqaviləyə bağlanmasa, Çin məhsullarına ABŞ-ın tətbiq etdiyi 10 faizlik tarif 25 faizə yüksəldiləcəkdir. 1 Martda 3 aylıq dövr başa çatır. Eyni zamanda Tramp müddəti uzatdığını açıqlayıb.