vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 23 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
ENERGETİKA  
11:59 | 26 fevral 2019 | Çərşənbə axşamı Məqaləyə 2097 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

OPEK-in qarşısındakı kötük

Ya onun qarşısında diz çökməli, ya da meydan oxunmalıdır

MÖVZU İLƏ ƏLAQƏLİ

Neft İxrac edən Ölkələr Birliyi (OPEC) və qrup ilə birlikdə hərəkət edən istehsalçılar, ABŞ Prezidenti Donald Tramp ilə neft qiymətlərində kəskin azalma arasında qalıb.

Neftin daha da ucuzlaşması riskini gözə almaq, ya da ABŞ Prezidenti Donald Trampın qəzəbinə məhəl qoymamaq - OPEC bu iki variantdan birini seçmək vəziyyətindədir.

OPEC və qrup ilə birlikdə hərəkət edən istehsalçılar Trampın "Twitter" üzərindən etdiyi yüksək qiymət xəbərdarlığının ardından yeni bir paradoksla üz-üzədir: Neft ixrac edən iqtisadiyyatlara mənfi təsir edəcək bir çöküşü qəbul etmək, ya da Trampa meydan oxumaq.

OPEC, ABŞ-ın rekord səviyyədə nefti istehsalından qaynaqlanan təklif artıqlığını azaltmaq üçün ötən ay yeni hasilatı azaltmağa başlayıb.

Xam neft qiymətlərinin bu il 20%-dən artıq yüksəlməsi iki böyük OPEC istehsalçısı İran və Venesuela üzərində diplomatik təzyiq tətbiq edən Tramp üçün maneə yaradır.

Analitiklər bildirirlər ki, yaxın tarix Səudiyyə Ərəbistanı və OPEC-in Prezident Trampın təzyiqinə məhəl qoymadığını göstərdi. Neft qiymətləri Vaşinqtonda siyasi olaraq həssas səviyyələrə qalxdıqca OPEC+ üzvləri hasilatı azaltmağı düşünəcəklər.

Qeyd edək ki, Azərbaycan da OPEC ilə birgə hərəkət edir və hasilatını azaldır.

 

Neft qiymətləri Trampın açıqlaması ilə düşdü

 

Dünən ABŞ Prezidenti Donald Tramp “Twitter” üzərindən, "Neft qiymətləri çox yüksəlir, OPEC bazarı sakitləşdirməlidir. Dünya neftin qiymətində artımın öhdəsindən gələ bilməz" açıqlamasını edib.

Çin-ABŞ görüşlərindəki nikbinliyin də təsiri ilə gün ərzində 67,60 dollara qədər qalxan “Brent” neftin qiyməti Trampın açıqlamasından sonrası 4 faizə yaxın ucuzlaşaraq 64,68 dollar səviyyəsinə enib.