vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
DÜNYA  
14:54 | 26 fevral 2019 | Çərşənbə axşamı Məqaləyə 1661 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Müharibənin bitdiyi elan ediləcək”

Şimali Koreya lideri Vyetnamdadır

MÖVZU İLƏ ƏLAQƏLİ

Şimali Koreya lideri Kim Çen In 27-28 Fevralda Vyetnamda keçiriləcək sammitdə ABŞ Prezidenti Donald Tramp ilə görüşəcək. Artıq Kim Çen In Vyetnamın paytaxtı Hanoiyə çatıb.

ABŞ Prezidenti Donald Trump və Şimali Koreya lideri Kim Çen In ilk dəfə 12 İyun 2018-ci il tarixində Sinqapurda görüşmüşdülər.

Şimali Koreyadan zirehli qatarla hərəkət edən Kim qatarla Çin üzərindən minlərlə kilometr məsafə qət edərək, təxminən 60 saata Hanoiyə çatıb. ABŞ Prezidenti Trampın isə axşam saatlarında Vyetnama gəlməsi gözlənilir.

Qatardan düşən Kim Çen Inın zirehli avtomobillə Vyetnamın paytaxtında hərəkət etdiyi, zirehli maşının ətrafında təxminən 10 cangüdənin yer aldığı görülüb.

“Melia Hotel”də qalacaq Şimali Koreya lideri jurnalistlər, polislər və vətəndaşlar tərəfindən böyük maraqla qarşılanıb.

 

* * *

 

ABŞ Prezidenti Donald Tramp ilə Şimali Koreya lideri Kim Çen In arasında 27-28 Fevralda Vyetnamda keçiriləcək görüşdən sonra, liderlərin Koreya Müharibəsinin bitdiyini elan edəcəkləri gözlənilir.

Cənubi Koreya xəbər agentliyi "Yonhap"ta yer alan xəbərə görə, Prezidentin sözçüsü Kim Eui-kyeom, ABŞ ilə Şimali Koreyanın Vyetnamın paytaxtı Hanoidə keçiriləcək görüşdə Koreya Müharibəsinin bitdiyini rəsmən elan edəcəklərini bildirib.