vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
14:25 | 26 fevral 2019 | Çərşənbə axşamı Məqaləyə 1043 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“... Hücum edəcəyik”

Tonoyan: “Biz həmişəlik müdafiədə oturmaq fikrində deyilik, ...”

MÖVZU İLƏ ƏLAQƏLİ

“Ermənistanın iqtisadi və demoqrafik imkanları Azərbaycanla müqayisə olunmazdır. Məhz buna görə də Ermənistan “keyfiyyət üstünlüyünə” diqqəti yönəldəcək”.

Bu sözləri Ermənistanın müdafiə naziri David Tonoyan İctimai Televiziyaya müsahibəsi zamanı deyib. Nazir bildirib ki, Ermənistan silahların alınmasında miqdara yox, keyfiyyətə üstünlük verəcək.

“Və siz də gördünüz ki, biz indi rəqibin tədrici irəlilməsini neytrallaşdırmağa imkan verən silahlar alırıq”, -Tonoyan belə deyib. Və dəqiqləşdirib ki, söhbət həm də “SU-30SM” qırıcılarından gedir. Ermənistan bu yaxınlarda Rusiyadan güzəştli kredit hesabına 4 belə qırıcı alacağını elan edib.

Lakin Tonoyanın sözlərinə görə, Ermənistan hücum silahları da almağa başlayıb. Onun fikrincə indi çox şey dəyişir-müdafiə siyasətinin qurulmasında psixologiya, yanaşmalar fərqlidir. Tonoyan deyib ki, min illərin təcrübəsinə əsasən daim müdafiədə oturan ordu sonda məğlub olur.

“Ona görə də biz müdafiə mövqelərində qalmağa hazırlaşmırıq. Əgər söhbət döyüş əməliyyatlarının bərpasından gedəcəksə biz ləngiyən deyilik”, - Tonoyan bildirib.

“Erməni ordusu hücuma keçəcək?”, - müxbir ona dəqiqləşdirici sual verib. “Nəyə görə də yox!”-Tonoyan bildirib.

Müdafiə naziri onu da deyib ki, Ermənistan Rusiyadan silah almaq üçün daha 100 milyon dollar güzəştli kredit götürəcək. Və bu vəsait imkan verəcək ki, Ermənistan Azərbaycanla silahlanma yarışına girmədən qarşıya qoyulmuş vəzifələri yerinə yetirsin. Lakin Tonoyan bu kredit çərçivəsində hansı silahların alınacağını deməyib, bunun hərbi sirr olduğunu bildirib.

Xatırladaq ki, Rusiya son illərdə Ermənistana əvvəlcə 300 milyon, daha sonra 100 milyon dollar güzəştli silah krediti verib.