vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
ENERGETİKA  
11:18 | 28 fevral 2019 | Cümə axşamı Məqaləyə 1586 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Shell” ən çox qazanandır

12 nəhəngin gəlirləri 1,6 trilyon dolları aşıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Dünyanın investorlara açıq ən böyük 12 neft şirkətinin cəmi gəliri, keçən il 2017-ci illə müqayisədə 19,5 faiz artaraq 1 trilyon 693 milyard dollar olub.

12 neft şirkətinin balanslarından topladığı məlumatlara görə, ABŞ-ın “ExxonMobil”, “Chevron”, “ConocoPhillips”, “Halliburton”, “Schlumberger” və “Baker Hughes”, Hollandiyanın “Royal Dutch Shell”, Böyük Britaniyanın “BP”, Fransanın “Total”, İtaliyanın Eni, Rusiyanın “Rosneft” və Norveçin “Equinor”un ümumi  gəliri və xalis mənfəət 2018-də bir əvvəlki illə müqayisədə əhəmiyyətli dərəcədə artıb.

Sözügedən şirkətlərin keçən ilki cəmi xalis mənfəəti də 2017-ci illə müqayisədə 73,7 faiz artaraq 116,74 milyard dollara çatıb. Bu şirkətlər 2017-də cəmi 67,22 milyard dollar xalis mənfəət əldə etmişdilər.

Həmçinin 12 neft nəhənginin 2017-də əldə etdiyi 1 trilyon 417 milyard dollarlıq ümumi gəliri də keçən il 19,5 faiz artımla 1 trilyon 693 milyard dollara yüksəlib.

Neft nəhəngləri arasında keçən il ən çox mənfəət əldə edən şirkət 23,35 milyard dollarla “Royal Dutch Shell” olub. Bu şirkətin ardınca, 20,84 milyard dollarla “ExxonMobil” və 14,82 milyard dollarla “Chevron” gəlir.

Həmçinin ötən il ümumi gəliri ən yüksək şirkət 388,4 milyard dollarla yenə “Shell” olub. Növbəti yerləri 298,76 milyard dollarlıq cəmi gəlirlə “BP” və 290 milyard dollarlıq cəmi gəlirlə “ExxonMobil” tutur.

Neft şirkətlərinin gəlirlərinin və xalis mənfəətlərinin artmasına qlobal bazarda xam neft qiymətlərinin qalxması səbəb olub.

Dünya üzrə ən geniş istifadə edilən “Brent” tipli xam neftin qiyməti, keçən il 2017-ci illə müqayisədə 31,5 faiz artımla orta hesabla 71,19 dollara yüksəlib. Halbuki, bu qiymət iki il əvvəl orta hesabla 54,15 dollar olmuşdu.

ABŞ-ın Qərbi Texas (WTI) növü xam neftin barel qiyməti də həmin dövrdə orta hesabla 50,79 dollardan 65,06 dollara yüksələrək 28,1 faiz artım qeyd edib.

ABŞ-ın İran üzərindəki sanksiyalarının 5 noyabrda yenidən həyata keçirməyə başlamasından əvvəl qlobal bazarda yaranan təklif çatışmazlığı xofu, “Brent” neftin qiymətinin sentyabrın sonundan oktyabrın ortasına qədər 80 dolların üzərində qalmasına səbəb oldu.

Neft qiymətlərinin artmasına Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və Rusiyanın 2016-cı ilin sonundan etibarən istehsalı azaltmaları da səbəb olmuşdur.

OPEC və tərəfdaşlarının razılaşmalarına görə, neft hasilatlarını 2019-un ilk 6 ayında gündəlik orta hesabla 1,2 milyon barel azaltmaq qərarı veriblər. Bu qərar da bu il neft qiymətlərinin artacağına işarə edir.

22 Fevral 2019-cu il tarixində “Brent” neftin bareli 67,73 dollara, “WTI” növü neftin bareli də 57,81 dollara qədər qalxaraq son 3 ayın ən yüksək səviyyəsini görmüşdü.