vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
GÜNDƏM  
11:53 | 28 fevral 2019 | Cümə axşamı Məqaləyə 1837 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Danışıqların mənası qalıbmı”

Nikol Paşinyan İlham Əliyevlə görüşəcəyini açıqladı, amma həmin tezisini yenə təkrarladı

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistanın baş naziri Nikol Paşinyan ötən gün fevralın 27-də Tehranda erməni icmasının nümayəndələri ilə görüşündə Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcəyini anons edib. Amma Paşinyan əlavə edib ki, bu görüşdə “gündəm olmayacaq”.

Paşinyan Dağlıq Qarabağın danışıqlarda iştirakı barədə mövqeyini növbəti dəfə təkrarlayıb. Amma bir qədər diplomatik üslubda. Onun sözlərinə görə, hökumətin əsas prioritetlərindən biri Qarabağın “subyektliyinin səviyyəsinin artırılmasıdır”.

“Azərbaycan prezidenti ilə görüşməliyik. Bu, gündəmsiz görüş olacaq, amma onun əsas istiqaməti danışıqlar formatının müzakirəsinə yönələcək. Hələlik format ətrafında razılığa gəlməmişik, indiyə qədərki təmasları rəsmi danışıqlar adlandırmaq olmaz”, - o bildirib.

Paşinyan bir daha təkrarlayıb ki, o Ermənistanın baş naziridir və Dağlıq Qarabağın adından danışmır. Çünki Dağlıq Qarabağın öz hakimiyyəti var.

Bundan əvvəl Paşinyan açıqlamışdı ki, Davosda Əliyevlə görüşündə Dağlıq Qarabağın danışıqlarda iştirakı məsələsini qaldırıb. Amma Azərbaycan prezidenti buna etiraz edib, bildirib ki, belə olsa o zaman gərək regionun azərbaycanlı icması da danışıqlara qatılsın.

Ümumiyyətlə, Paşinyan hakimiyyətə gəlişindən bu yana təxminən 10 aydır ki, eyni tezisi təkrarlamaqdadır və Dağlıq Qarabağın danışıqlarda subyekt kimi iştirakına nail olmağın perspektivsizliyini bildiyi halda bu mövqeyini hər fürsətdə təkrar edir. Bu baxımdan belə qənaət formalaşmaqdadır ki, Paşinyan əslində həmin tezisi münaqişə ətrafındakı status-kvonu daha bir müddət uzatmağa hesablanmış bəhanə kimi istifadə edir. Nəticədə münaqişənin mahiyyəti üzrə danışıqlardan yayınır. Bu isə uzun müddət belə davam edə bilməz.

Digər tərəfdən Ermənistanda keçmiş kriminal rejimə bağlı qüvvələr Paşinyanın hər addımını təqib edir və onun ərazilərin qaytarılması hesabına hər hansı sülh variantına getmək səlahiyyətinin olmadığını bildirir. Elə iki gün əvvəl İrəvanda bir çox keçmiş səhra komandirlərinin və əvvəlki rejimə bağlı qüvvələrin iştirakı ilə “bir qarış da olsun torpaq qaytarmarıq” şüarı altında aksiya keçirilib.