“Təqib olunmaq maniyası”
Eks-prezident Ter-Petrosyan da istintaqda dindirəcək
Hüseynbala SƏLİMOV
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Ölkə sazişlə qorunmur
Ukraynaya təhlükəsizlik təminatı verə bilməyən Qərb Ermənistana vəd verir
-
Pis deyil, Pive ilə gedər...
... Yaxud “Nansy” arasında bağlılıq
-
“Ermənistan mövcud olmayacaq”
“Qoruyucu mələklər”i bədxah qonşularımızdan üz çevirməyə başlayır
-
Avropa Ermənistanı tək buraxır
Sülhməramlılar isə Moskvadan göstəriş gözləyir
-
Köpək siyasəti...
Rusiya ilə separatçılar sinxron hərəkət edir
-
Allahsızlığın iki növü...
Cəllad Miloşeviç cəzasını verənlər Xameneyiyə göz yumur ...
-
İranın Ermənistan planı
Tehran Avrasiya İqtisadi İttifaqına bazarlarına çıxış əldə etmək istəyir
-
Aİ ilə Fransanın fərqi ...
Avropa separatizmdən yarasa işıqdan qorxan kimi qorxur
-
“Film”in sonu...
Fransa bizim üçün tam şəkildə itirildi
-
Seçim də Paşinyanındır, məsuliyyət də
Qərb isə ilin sonuna qədər sülh müqaviləsi istəyir
-
Ölünün qıdığı gəlməz ...
İrəvan Minsk Qrupunu diriltməyə çalışır, Moskva separat oyuncağı ...
-
Makronun “erməni məhəbbəti” ...
... iki qitənin həyati əhəmiyyətli layihəsinin təkərinə çomaq soxur
-
Parisin Qafqazdakı son durağı
Fransanın kasıb və balaca Ermənistan başqa söykənəcəyi başqa bir ölkə yoxdur
-
İrəvanın qara günləri qarşıda
Zəngəzur dəhlizi məsələsində Azərbaycan-Rusiya razılaşması
-
... İrəvandan İrana təşəkkür
Anti-Azərbaycan mövqeyinə görə ...
-
İrəvan danışıqları sabotaj edir
Paşinyanın tələbi Kremlin maraqlarına xidmət edir
Desək ki, eks-prezident Levon Ter-Petrosyanın indiki baş nazir N.Paşinyanla və ya ümumiyyətlə, erməni inqilabı ilə dəqiq əlaqələri var, əlbəttə ki, bu bir az şişirtmə olar. Amma məsəl var, deyirlər ki, hətta şaiyələr də boş yerdən yaranmır.
Odur ki, həm yerli erməni, həm də bizim Azərbaycan mətbuatında periodik olaraq Ter-Petrosyanla Paşinyan tandemi haqqında xəbərlər və təhlillər peyda olur.
Ola bilsin ki, bu da heç təsadüfi deyil və təkcə hansısa siyasi qrupların arzu və istəyi kimi təzahür etmir.
Birincisi, “məxməri erməni inqilabı” hələ də bir “aktyorun teatrı”nı xatırlatsa da aydın məsələdir ki, həyatda qəti belə olmur, bütün inqilabların arxasında konkret siyasi, hətta maliyyə dairələri dayanır, əks təqdirdə onların ən azı yarıdan çoxu uğursuz qiyamlar olardı.
İkincisi, inqilab zamanı indiki prezident Armen Sərkisyan özünü yetərincə müstəqil şəxs kimi təqdim edə bilsə, də bir çoxu onu hələ də “Serj Sərkisyanın adamı” kimi qəbul edir.
Üstəlik, o da qeyd olunur ki, prezidentlə baş nazir arasında yetərincə soyuq küləklər əsir və bu da bir çox təhlilçiləri iki siyasi fiqur arasındakı mümkün, hətta qaçılmaz gərginliklərin yaşanacağı kimi düşüncələrə sövq edir, bəziləri isə hətta indiki prezidentin siyasi karyerasının bitəcəyi günü belə irəlicədən xəbər verməkdən özlərini saxlaya bilmirlər.
Nəhayət, qeyd etmək lazımdır ki, eks-prezident Ter-Petrosyanın adı artıq inqilabın ilk günlərində hallanmağa başlanmışdı, baxmayaraq ki, o, mitinqlərdə görünmürdü və hətta başçılıq etdiyi siyasi qüvvə sonradan nə mer, nə də ki, parlament seçkilərində iştirak etmədi.
Maraqlıdır ki, hətta bu detal da erməni təhlilçilərini dayandırmır, onlar hələ də erməni inqilabının strukturunu və təkamülünü təhlil edərək belə iddia edirlər ki, eks-prezident düşünülmüş şəkildə siyasi teatrın ön planına çıxmağa çalışmır, çünki onun Paşinyanla bir cərgədə görünməsi nəinki Qarabağ siyasi klanını, hətta sadə erməniləri də Dağlıq Qarabağ siyasətinin gələcək evolyusiyası ilə bağlı uzağa gedən ekstrapolyasiyalara istiqamətləndirərdi: ən azı Qarabağ siyasi klanı hay-küy salacaqdı ki, Paşinyan Ter-Petrosyanla birləşərək Dağlıq Qarabağı azərbaycanlılara qaytarır...
Amma təkcə “üzü üzlər görmüş” siyasi yazarlara deyil, onlardan heç geri qalamayan oxuculara da aydındır ki, əbədi olaraq belə davam etməyəcək: gözəl günlərin birində təkcə Paşinyanla Sarkisyan arasındakı münasibətlərdə deyil, Paşinyanla Ter-Petrosyan arasındakı əlaqələrdə də qaranlıq nöqtələr qalmayacaq.
Biz əlbəttə ki, Paşinyan-Ter-Petrosyan siyasi tandemi konteksində konkret söz deyə bilmərik, amma bir məsələdə əminik: indiki prezident A.Sarkisyan erməni inqilabının siyasi arxitekturasında “artıq element”dir, onu kimləsə əvəz etməlidirlər. Amma kiminlə? Bax, sual da budur. Bəziləri hətta lazım olduğundan da artıq əmindirlər ki, bu adam məhz Ter-Petrosyan olacaq, çünki millət ağsaqqalı roluna indiki erməni cəmiyyətində ondan uğurlu namizəd tapmaq çətindir.
Amma nəticələrlə qətiyyən tələsməyək, çünki N.Paşinyanın bəzi cəhətləri bizə lap Maksimilian Robespyeri xatırladır, çünki erməni inqilabının “rəhbər”inin də davranışında “təqib olunmaq maniyası”nı sezməmək mümkün deyil. Məsələn, elə bu yaxınlarda bildirildi ki, uyğun istintaq strukturları eks-prezident Ter-Petrosyanı da dindirəcək, çünki onun da vaxtında çox böyük səhvlər olubdur...
Bir sözlə, Ermənistanda siyasət yox, əsl şizofrenik tamaşa gedir. Odur ki, bizə elə gəlir ki, qoca Levonla tandem təkcə ermənilər üçün deyil, elə Nikolun özü üçün də qurtuluş olardı.
Sözsüz, biz hazırkı erməni siyasi palitrasının bütün çalarlarını bilmirik. Amma düşünürük ki, eks-prezident Ter-Petrosyan indi ölkədə ən praqmatik siyasətçidir, çünki məhz öz təcrübəsində əmin oldu ki, ölkəsinin kardinal dəyişikliklərə ehtiyacı var. Ən başlıcası da belə dəyişikliklər qısamüddətli perspektivə yönəlməməli, strateji istiqamətə tuşlanmalıdır. Axı məhz L.Ter -Petrosyan ilk siyasətçi oldu ki, məsələn, Türkiyədən “əbədi xortdan” düzəltməyin ziyanlı bir iş olduğunu və hətta ermənilərin maraqlarına qəti cavab vermədiyini başa düşdü.
Real siyasət bir qayda olaraq radikalları, ura-patriotları sevmir, o, daha təmkinli və mötədil adamlara ehtiyac duyur.
Bizim müşahidələrimiz Paşinyanın özünün belə adam olmadığını deməyə əsas verir. Onu ən yaxşı halda emosional romantik adlandırmaq olardı. Bu səbəbdən erməni liderinin özünün xasiyyətinin balanslaşdırılmasına ehtiyac var. Belə bir faktor kimi isə Ter-Petrosyanla tandem çıxış edə bilər. Odur ki, görək, nə olur...