vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
BANK, BİRJA, SIĞORTA  
15:59 | 28 fevral 2019 | Cümə axşamı Məqaləyə 1942 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Fərmandan sonra nələr olacaq?

Ekspertlər: “Problemli kreditlərin faiz və cərimələri silinəcək, məhkəmələrdəki işlər geri çağırılacaq”

MÖVZU İLƏ ƏLAQƏLİ

“Azərbaycan Prezidenti İlham Əliyevin fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərmanı uzun müddət müzakirə olunan və əhalinin daha çox narahat edən sosial məsələlərdən birinin həlli deməkdir. Bu, uzun müddət müzakirə edilən və vətəndaşların diqqət mərkəzində olan bir problemin həllinə imkan verəcək”.

Bunu ONA-ya iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

O bildirib ki, problemli krediti olan yüz minlərlə insan bu güzəştdən istifadə edə biləcək: “Əvvəla, fərmana əsasən, xarici valyuta ilə kredit götürmüş fiziki şəxslər bu güzəştlərdən faydalanmaq imkanı qazanacaqlar. Güzəşt 10 min ABŞ dolları həcmində olan kredit borclarına tətbiq olunacaq. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə hər dollara 25 qəpik güzəşt tətbiq olunacaq. Bu o deməkdir ki, əgər vətəndaş birinci devalvasiyaya qədər 10 min dollar kredit götürmüşdüsə, onun krediti manatla 7800 manat idi və devalvasiyadan sonra bu rəqəm 10 500 manata çatdı. Hər dollara 25 qəpik güzəşt tətbiq olunduğu üçün 10 500 manatdan 2500 manat çıxılacaq və məbləğ praktik olaraq devalvasiyadan əvvəlki rəqəmi təşkil edəcək, 8000 manat əsas məbləğ hesab olunacaq”.

İqtisadçı-ekspertin sözlərinə görə, birinci devalvasiyadan ikinci devalvasiyaya olan dövrdə isə hər dollara 60 qəpik güzəşt tətbiq olunacaq: “Hər bir vətəndaşa tətbiq ediləcək güzəştin maksimum məbləği 5000 dollar olacaq. Bu isə o deməkdir ki, 10 min dollara qədər kredit götürmüş vətəndaşın 5000 dollara qədər güzəşt əldə etmək imkanı olacaq. Qalan məbləğin ödənilməsi ilə bağlı banklardan vətəndaşlara 5 il müddətinə illik 1 faiz olmaqla güzəştli kredit götürmək imkanı veriləcək. Bu da ona imkan verəcək ki, vətəndaşlarımız yerdə qalan borclarını 1 faizlik kredit götürməklə, 5 il müddətinə ödəyə bilsinlər. Bunun üçün Mərkəzi Bank 682 milyon manatlıq krediti kommersiya banklarına ödəyəcək”.

V.Bayramov qeyd edib ki, bundan əlavə, banklar tərəfindən hesablanmış artıq faizlər, cərimələr silinəcək: “Eyni zamanda məhkəmələrdə olan işlərin geri çağırılması fərmanla tövsiyə olunur. Bu o deməkdir ki, fərman praktiki olaraq problemli kreditlər məsələsinin köklü şəkildə həllinə imkan verəcək. Bu da vətəndaşların sosial təminatının gücləndirilməsi baxımından ciddi bir addım kimi qiymətləndirilməlidir”.

İqtisadçı-ekspert Rövşən Ağayev güzəştin yalnız fiziki şəxslər üçün nəzərdə tutulduğunu, güzəştin yalnız 10 min ABŞ dollarına qədər olan borclara aid olduğunu vurğulayıb: “Güzəşt yalnız 2015-ci ilin 21 fevral və 21 dekabr devalvasiya qərarları nəticəsində artmış məbləğlərin kompensasiyası ilə bağlı olacaq. Güzəşt üçün başlanğıc tarix 2012-ci ilin yanvarın 1-i, son tarix bu gün - 2019-cu ilin 28 fevralı götürülür. Vətəndaşların 10 min dollara qədər kreditlərinə görə hesablanmış bütün faiz borcları silinir. 2012-ci il yanvarın 1-dən 2015-ci il 21 fevraladək olan kredit borclarının hər dolları üçün dövlət büdcəsindən 25 qəpik, 2015-ci il 21 fevralından 21 dekabrınadək verilən dollar kreditlərinin hər dolları üçün 60 qəpik dövlət büdcəsindən ödənilir”.

R.Ağayev deyib ki, kompensasiya nəzərə alınmaqla yerdə qalan əsas borc üzrə vaxtı keçmiş borclar üçün borclulara kreditlərin ayrılması nəzərdə tutulur: “Güzəşt müddəti olmaqla 5 illiyə illik 1%-lə banklar tərəfindən kredit xəttinin açılması da nəzərdə tutulur. Bu məqsədlə Mərkəzi Bankın da banklara illik 0.1%-lə ümumi həcmi 682 milyon manat kredit xətti açması nəzərdə tutulur. Devalvasiya nəticəsində borcun artan hissəsi və hesablanmış faiz hissəsi dövlət büdcəsindən ödəndikdən sonra yerdə qalan hissə restruktruzasiya ediləcək - yəni şərtlər dəyişdiriləcək. Məsələn, 2015-ci ilin yanvarında vətəndaş 0.78 manat məzənnə ilə 5000 dollar borc götürüb. Həmin tarix üçün onun manatla borcu 3950 manat olmuşdusa, 21 dekabr 2015-ci ildə artıq 7750 manat olub. Belə vəziyyətdə məzənnə dəyişikliyi nəticəsində zərəri qarşılamaq üçün 5000 dollara görə 4000 manata yaxın - hər dollar üçün 60 qəpik+25 qəpik büdcə kompensasiyası ödənir”.