vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
GÜNDƏM  
15:10 | 5 mart 2019 | Çərşənbə axşamı Məqaləyə 2422 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ANA-nın ilk simpozimu

Corc Vaşinqtonda Universitetində Azərbaycanla bağlı akademik müzakirələr aparılacaq

MÖVZU İLƏ ƏLAQƏLİ

Amerikada yaşayan Azərbaycan-əsilli elmi tədqiqatçıların və alimlərin peşəkar şəbəkəsinin formalaşdırılması və Azərbaycanla bağlı geniş spektrli elmi tədqiqatların stimullaşdırılması məqsədi daşıyan Azərbaycan Akademiklər Şəbəkəsi (ANA) ilk elmi simpoziumunu 2019-cu ilin ayında(17-18 İyun) təşkil edəcək. Corc Vaşinqton Universitetində keçirilməsi və elmin müxtəlif sahələrini əhatə etməsi nəzərdə tutulan bu Simpoziumda Azərbaycan-əsilli, Azərbaycan üzrə və Azərbaycandan elmi tədqiqatçılar bir araya gələrək Azərbaycanla bağlı sahələrdə elmi müzakirələr aparacaqlar:

Bu xüsusda Simpozium aşağıdakı sahələrə akademik, ideya və konseptual dəstək göstərməyi hədəfə alır:

 

  • Şimali Amerika-Azərbaycan akademik, humanitar və biznes tərəfdaşlığı;
  • Şimali Amerikada Azərbaycan icmasının inkişafı;
  • Azərbaycanın milli təhlükəsizliyi və iqtisadi rifahı;
  • Dünya Azərbaycanlılarının problemlərinin tədqiqi.

 

Simpoziumun nəticəsi olaraq, aşağıdakılara nail olunması planlaşdırılır:

 

  • İnnovativ və müasir tədqiqat metodologiya və alətlərinin gənc alimlər arasında bölüşmək;
  • Şimali Amerika-Azərbaycan tədqiqatçıları arasında akademik əməkdaşlığın artırmaq;
  • Azərbaycan və onun Şimali Amerika-da icması ilə bağlı tədqiqat mövzuları və qrupları formalaşdırmaq;
  • Birgə elmi nəşrlərin və layihələrin həyata keçilməsinin təməlini qoymaq;
  • ANA-in prioritet fəaliyyət istiqamətlərini müəyyən etmək.

 

Simpoziumun əsas komponentlərindən biri tədqiqatların və layihələrin həyata keçirilməsində Azərbaycanda təhsil alan doktorant tələbələrin aktiv cəlbini və iştirakını təmin etməklə onların Amerikada təhsil alan doktorantlar ilə birlikdə elmi müzakirələr aparmaq və müasir tələblərə cavab verən praktiki modullar təqdim etmək və uğurlu təcrübələrin yerli şəraitdə icrası üçün xüsusi təkliflər layihəsi hazırlamaqdır.

Simpoziumun zamanı alimlər öz düşüncə və tədqiqatlarının təqdimatını həyata keçirməklə yanaşı, elmi şəbəkənin gücləndirilməsi və fəaliyyətin genişləndirilməsi istiqamətində geniş müzakirələr aparacaq və təqdimatlar edəcəklər. Simpoziumun yuxarıda qeyd edilən hədəfləri xüsusunda aşağıdakı mövzuları əhatə edəcəkdir:

 

  • Müasir Təhsil və İnsan İnkişafı;
  • Azərbaycan kimliyi və Şimali Amerika-da Azərbaycan icması;
  • Azərbaycan milli təhlükəsizliyi;
  • Biznes, Kənd Təsərrüfatı, Ətraf Mühit və Təbii Sərvətlər;
  • Elmi İxtiralar, İnnovasiyalar və Yüksək Texnologiyalar;
  • Gənc alimlərin dəstəklənməsi.

 

Simpozium plenar sessiyası və işçi qrupların müzakirələrindən ibarət olacaq. ANA işçi qrupu iştirakçıların müzakirə etdikləri fikirləri təkliflər paketində hazırlayaraq maraqlı tərəfdaşlara təqdim edəcəkdir. Layihənin davamlılığının təmin olunması üçün iştirakçılar günün bir hissəsini mövcud və gələcək qrant müsabiqələrində iştirak üçün fəaliyyət planı hazırlayaraq növbəti addımları planlaşdıracaqlar.

Simpoziuma yazıların göndərilmə qaydaları: Yuxarıda qeyd edilən hədəf və mövzulara uyğun olaraq 2019-cu ilin may ayının 1-dək Microsoft Word (Times New Roman, 12) proqramında hazırlanmış minimum  500 sözlük qısa yazını [email protected] ünvanına göndərilməsi xahiş olunur. Yazılar ingilis dilində yazılmalıdır.  Zəhmət olmasa yazını göndərən zaman elektron poçtun mövzu hissəsinə “Azərbaycan Akademik Simpoziumu – Ad və Soyad”-ı yazın. Göndərəcəyiniz qısa yazı tədqiqat mövzusunu, tədqiqat metodunu və əsas nəticələri əhatə etməlidir. Eyni zamanda, göndərəcəyiniz yazıda tədqiqat mövzusunun tam adını, müəllif(lər)in ad və soyadını, hal-hazırda tutduqları vəzifələri, elektron poçt ünvanlarını və tədqiqat mövzusunu ən yaxşı təsvir edən minimum 3 açar sözü qeyd edin.

Maliyyə xərcləri: Simpoziumun keçirilməsi ilə bağlı xərclər ANA sponsorları tərəfindən ödənilir. Şimali Amerika-da olan məhdud sayda iştirakçıların, o cümlədən simpoziumda çıxış edəcək şəxslərin bir qisminin yol və qalma xərci qarşılanması məsələsinə baxılır. ANA tərəfindən logistik dəstək barədə əlavə inzibati qeyd yayılacaq.