vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
REGİON  
14:17 | 11 mart 2019 | Bazar ertəsi Məqaləyə 2146 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“İŞİD-dən geri qalmırsınız”

Rəfsəncaninin qızından İrana ağır ittiham

MÖVZU İLƏ ƏLAQƏLİ

İran rejiminin qurulmasında “mütəsna xidmətlər” göstərmiş və rejimin əsas siyasi çöhrələrindən olan Əkbər Haşimi Rəfsəncaninin qızı Faizə Haşimi fars-molla rejimini kəskin tənqid edib.

Xarici media orqanlarından birinə müsahibə verən F.Haşimi ölkə rəhbərliyinin qadınlara qarşı münasibətinin İŞİD-dən fərqlənmədiyini deyib.

O bildirib ki, inqilabdan sonra ötən 40 il ərzində qadınları ictimai fəaliyyəti, yüksək vəzifələrə təyin olunması, eləcə də siyasi arenalarda təmsil olunmasında heç bir irəliləyişə nail olunmayıb, əksinə, bu sahədə ölkə daha da geriləyib. Faizə Haşimi bunun əsas səbəbinin İran rejiminin rəhbərlərinin qadın haqlarını siyasi müstəviyə daşıması olduğunu bildirir. Onun sözlərinə görə, ölkədə qadınlarla bağlı bir məsələ irəli sürüləndə iranlı rəsmilər və axundlar bunu “Qərb mədəniyyətinin ölkəyə nüfuzu” kimi dəyərləndirirlər.

O, buna misal kimi qadınların stadionlarda idman yarışlarına tamaşa etməsini göstərir. Faizə Haşiminin sözlərinə görə, “islam dinində və ölkə qanunlarında bu hal qadağan edilmədiyi halda, iranlı rəsmilər və ayətullahlar məsələni siyasiləşdirirlər, qadınlara qarşı ayrı-seçkilik edib, onların idman arenalarına daxil olmasına əngəl törədirlər”.

Rəfsəncaninin qızının sözlərinə görə, ölkədə bəzi aşağı səviyyəli postlarda az da olsa, qadınlar təyin edilib. Yüksək postlarda da son dövrlər 1-2 qadın təyinatı nəzərə çarpır. Lakin yüksək postların, eləcə də mühüm idarəetmə mərkəzlərinin demək olar ki, hamısında kişilər qərarlaşıb.

O qeyd edir ki, hətta İran Milli Məclisində, Ali Məsləhət və Ekspertlər Şuralarında bir nəfər qadın belə təmsil olunmur. Bundan əlavə, ölkədə qadın hakim mövcud deyil. O, qadınlara qarşı bu cür ayrı-seçkiliyi və üstdən aşağı baxmağı nəzərə alaraq bildirib ki, “İran İslam Respublikasının qadınlara qarşı münasibəti ilə DAİŞ-in qadınlara münasibəti eyniyyət təşkil edir”.