vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
ENERGETİKA  
10:46 | 12 mart 2019 | Çərşənbə axşamı Məqaləyə 1875 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Azərbaycan nefti dəyərini qoruyur

Səudiyyə Ərəbistanı isə istehsalı daha da azaltmaq istəyir

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin 1 barelinin qiyməti 1,66 dollar və yaxud 2,52 faiz artıb.

“Azeri Light”ın qiyməti 67,52 dollardır.

 

* * *

 

Səudiyyə Ərəbistanının müştərilərinə Aprel ayında tələb ediləndən daha az neft satacağı bildirilir.

“Bloomberg” xəbər verir ki, mövzu haqqında məlumata malik Səudiyyə rəsmisinə görə, Səudiyyə Ərəbistanı Aprel ayında müştərilərinə tələb etdiklərindən daha az miqdarda neft satacaq və ardıcıl 2 ay hasilatını razılaşmadan daha çox azaldacaqdır.

Mövcud neft qiymətləri OPEC üzvlərinin böyük hissəsinin hökumət xərclərini ödəmək üçün ehtiyac duyduğu səviyyədən aşağıdır. Səudiyyə Ərəbistanı bu addım ilə neftin qiymətini qaldırmağı hədəfləyir. Eyni zamanda bu addım, Ər-Riyadın neft bazarına nəzarətini saxlamaq üçün qərarlı olduğuna bir işarə kimi qiymətləndirilir.

Məlumata görə, Səudiyyə Ərəbistanının Aprel ayında da, Mart ayında olduğu kimi, istehsalı gündəlik 500,000 barel azaldacaq. Ölkə gündəlik neft hasilatını 10 milyon bareldən aşağı saxlamağı planlaşdırır.