vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 mart 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
REGİON  
11:05 | 12 mart 2019 | Çərşənbə axşamı Məqaləyə 469 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

6.6 milyardlıq maxinasiya

İran tarixinin ən böyük maliyyə fırıldaqçılığının təfərrüatları

MÖVZU İLƏ ƏLAQƏLİ

Martın 9-da İranın Petrokimya Ticarət Şirkətinin icraçı direktoru ilə birlikdə digər 13 müttəhimin cinayət işi üzrə 2-ci məhkəmə iclası keçirilib.

Bu şəxslər ixracatdan əldə edilmiş gəliri öz şəxsi bank hesablarına köçürməklə küllü miqdarda pul mənimsəməkdə ittiham edilirlər. İran tarixində ən böyük maliyyə fırıldaqçılığı hesab edilən bu cinayət işində mənimsənmiş pulun miqdarı təqribən 6 milyard 656 milyon avrodur. Bu məbləğ Babək Zəncaninin Neft Nazirliyinə olan “borcu”ndan 3 dəfə çoxdur. Müttəhimlərin bu pulları yalnız petrokimya məhsullarının satışından deyil, eləcə də İran limanlarından gələn gəlirlərdən də götürdüyü bildirilir.

Martın 6-da cinayət işi üzrə keçirilmiş ilk məhkəmə iclasında təqsirləndirilən şəxslər və onların törətdiyi əməllər elan edilmiş, eləcə də dövlət ittihamçısı 700 səhifəlik ittihamnamənin xülasəsini oxumuşdu. İttihamnaməni oxuyan dövlət ittihamçısı Abbas Huseyni bildirmişdi ki, bəzi müttəhimlər öz əməllərini “etiraf ediblər” və cinayət işi hələ də bağlanmayıb.

Prokurorun sözlərinə görə, müttəhimlər petrokimya məhsullarının satışından əldə edilmiş 6 milyard 656 milyon avro vəsait və faizləri mənimsəyiblər. O bildirib ki, təqsirləndirilən şəxslərdən biri Möhsün Əhmədiyan komissiya haqqı olaraq nəğd şəkildə əldə etdiyi 15 milyon dollar və 500 min avro faizi mənimsədiyini “etiraf edib”. Dövlət ittihamçısı iddia edib ki, Əhmədiyan bu əməlindən “peşman olduğunu” ifadə edərək, sanksiyalar səbəbindən qeyd edilən məbləği dövlətə məxsus hesablara köçürə bilməyidiyini, lakin şərait yaradılarsa, bunu edə biləcəyini deyib.

Martın 9-da keçirilmiş məhkəmənin 2-ci iclasında dövlət ittihamçısı ittihamnamənin davamını oxuyub və müttəhimlərin çıxışı dinlənilib. Məhkəmə prosesi zamanı Petrokimya Ticarət Şirkətinin ilk icraçı direktoru Rza Həmzəli əsas təqsirləndirilən şəxs kimi təqdim edilib.

Prokuror çıxışı zamanı bildirib ki, Petrokimya Ticarət Şirkətinin 2010-cu ildə özəlləşdirilməsindən sonra şirkətin icraçı direktoru Rza Həmzəli Mərcan Şeyxülislami ilə birlikdə Dəniz və Pelikan adlı şirkətlərin təsis edilməsində qanuni tələbləri pozublar. Bundan əlavə, Rza Həmzəli 312 milyon 696 min 449 avro məbləğində pulu xarici valyuta ilə ilkin olaraq Hetra Ticarət, daha sonra isə Petrokimya Ticarət Şirkətinin hesabına köçürüb. Lakin bu proses ərzində ixracatdan əldə edilən gəlirlərdən 347 milyon 238 min 313 avro məbləğində pul isə ölkəyə xarici valyuta ilə daxil edilməyib.

Prokuror qeyd edib ki, təkcə bu iki şəxs qeyd edilən məbləğdən 7 milyon 65 min 152 avro və 8 milyon 710 min 384 dolları qeyri-qanuni olaraq mənimsəyiblər. Prokuror Mərcan Şeyxülislamini Rza Həmzəlinin əsas şəriki adlandırıb və bildirib ki, o, ümumilikdə 7 milyon 65 min 529 avro və 8 milyon 710 min 384 dollar məbləğində pul mənimsəyib. Dövlət ittihamçısının sözlərinə görə, petrokimya məhsullarının satışından əldə edilən gəlirlər sanksiyalardan yayınmaq üçün Mərcan Şeyxülislaminin şəxsi bank hesablarına yatırılırmış.

Prokuror əlavə edib ki, bu köçürmələr Milli Petrokimya Sənayesi Şirkətinin icazəsi olmadan həyata keçirilib və petrokimya məhsullarından əldə edilən gəlirlərin çoxu riyala dəyişdirilərək digər şirkətlərin hesablarına köçürülüb. Hansı ki, sanksiyalara rəğmən, ixracatdan əldə edilən gəlirlər xarici valyuta ilə ölkə daxilindəki şirkətlərə köçürülməli idi. Həmzəlinin idarə etdiyi şirkətlər isə bu qanunları pozaraq, xarici valyutanı milli pula çevirib ölkə daxilindəki hesablara köçürüb və bu prosesdən külli miqdarda gəlir əldə ediblər. Buna görə də Petrokimya Ticarət Şirkətinin hesabına milli valyuta ilə köçürülən bütün pullar qəbul edilməyib.

Prokuror vurğulayıb ki, Körfəz Holdinqin icraçı direktorunun hesabatına əsasən, Petrokimya Ticarət Şirkətinin əsas maliyyə fırıldaqçılığı bunlardan ibarətdir: törəmə şirkətlərə çatacaq məbləğin gec köçürülməsi, Milli Neft Şirkətinin pulunun ödənməsi, Milli Petrokimya Sənayesi Şirkətindən lisenziya əldə etmədən şirkətlərin pulunun bir valyutadan digərinə dəyişdirilməsi və köçürülməsi, eləcə də 324 milyon avrodan çox pul maliyyə ehtiyatlarından, 622 milyon 484 min avro petrokimya məhsullarının satışından və 3 milyard 214 milyon 523 min avro məbləğində pul valyuta dəyişmələrindən mənimsəmək.

Cinayət işində Petrokimya Ticarət Şirkətinin yüksək postlarını tutan şəxslərə qarşı maliyyə fırıldaqçılığı və bu fırıldaqçılıqda iştirak kimi ittihamlar irəli sürülüb.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *