vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
ENERGETİKA  
10:54 | 14 mart 2019 | Cümə axşamı Məqaləyə 2588 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

OPEC+ nəyi nəzərə alacaq?

Baş katib Bakı görüşü haqqında: “Hər şey məlumatlardan asılıdır”

MÖVZU İLƏ ƏLAQƏLİ

OPEC-in baş katibi Məhəmməd Barkindo ABŞ səfərində neft istehsalçıları ilə görüşmək və bu ölkənin sənayesinin genişləndirilməsi üçün kapitalın əldə edilməsini öyrənməyə çalışıb. Bu həftə Hyustonda keçirilən “IHS Markit CERAWeek”in illik konfransında iştirak edən rəsminin sözlərinə görə, ABŞ sənayesinin maliyyələşdirilməsi neft hasilatını gündə təxminən 12,1 milyon barelə qədər artırmağa kömək edib.

“ABŞ-da istehsalın artımı dünyaya öz energetika ehtiyaclarını təmin etməyə kömək edən əhəmiyyətli amildir”, - deyə Barkindo qeyd edib. O, vurğulayıb ki, İran və Venesuela ABŞ-ın sanksiyaları altındadır. OPEC-in baş katibi həmçinin bildirib ki, OPEC və partnyorları bazarda neftin həcminin artımının dayandırılıması haqqında razılaşmanın icrasının gedişini qiymətləndirmək üçün martın 17-18-də Azərbaycanda görüşəcək. Gözlənilir ki, OPEC-ə üzv ölkələr və Rusiya hasilatın gündəlik 1,2 milyon barel ixtisarı haqqında razılaşmanı ən azı bir neçə ay müddətinə uzadacaq. “Bakıda görüşün nəticələri qərarın qəbul olunması zamanı nəzərə alınacaq. Hər şey məlumatlardan asılıdır. Onlarla tanış olmaq lazımdır”, - deyə OPEC-in baş katibi bildirib.

Xatırladaq ki, martın 17-18-də Bakıda OPEC və qeyri-OPEC ölkələrinin Müştərək Texniki Komissiyasının (JTC) 27-ci və Nazirlərin Birgə Monitorinq Komitəsinin (JMMC) 13-cü iclasları keçiriləcək.