vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
REGİON  
15:58 | 14 mart 2019 | Cümə axşamı Məqaləyə 2602 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Sehirli çubuq”lu prezident

Ukraynanı ancaq o xilas edə bilər

Elxan ŞAHİNOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Ukraynanın hazırkı prezidenti Petro Poroşenko prezident seçkisinin ikinci turuna keçmək üçün bütün imkanlarını səfərbər edib. Buna baxmayaraq, Poroşenkonun komandası son günlər laxlayır. Çünki, bəziləri hesab edir ki, Poroşenko məğlub olsa, onların ağır günləri başalaya bilər. Ona görə də gəmini tərk etməyə hazırlaşırlar. Məsələn, daxili işlər naziri Arsen Avakov artıq Poroşenkonun əleyhinə açıqlamalar verir. Poroşenkonun özü də anlayır ki, məğlub olsa ona və tərəfdarlarına qarşı əcinnə ovu başlayacaq. Əsas namizədlərdən biri aktyor Zelenski deyib ki, prezident seçilsə Poroşenkonu həbs edəcək. Rəqibləri Poroşenkonun prezident olduğunu illərdə varidatının artıdığını bildirirlər, halbuki Ukrayna son illərdə kasıblaşıb. Ancaq bunun obyektiv səbəbləri var. Poroşenko prezident seçiləndə Krım və Donbasın bir hissəsi itirilmişdi, nazirliklər dağılmışdı, ordu və təhlükəsizlik sistemi yox idi. Poroşenko bunları sıfırdan yaratdı, müharibə davam edirdi. Poroşenko iqtisadiyyatı dirçəldə bilmədi, sosial problemlər artdı. Poroşenkonun prezident olduğu illərdə iqtisadiyyatda və sosial problemlərin həllində qazandığı elə bir uğuru yoxdur.

Ən çox səslənən suallardan biri budur ki, necə olur ki, aktyor Zelenski bütün reytinq cədvəllərində birincidir. Məsələ burasındadır ki, ukraynalılar mövcud siyasətçilərdən beziblər. Siyasətçilər verdikləri vədləri yerinə yetirə bilməyiblər. Ukraynalılar ona görə Zelenskiyə üstünlük vermirlər ki, bu artistin prezident kimi böyük uğur qazanacağına inanırlar. Sadəcə, ukraynalılar mövcud siyasətçiləri cəzalandırmaq üçün Zelenskiyə üstünlük verirlər. Kobud desək, pislə ən pis arasında birinciyə üstünlük verirlər.

Fikrimcə, Zelenskinin və ya Timoşekonun prezident seçilməsi də Ukraynanı ağ günə çıxarmayacaq. Bunun obyektiv və subyektiv səbəbləri var. Obyektiv səbəb odur ki, Ukrayna siyasi baxımdan rəngarəng ölkədir, şərqin bir hissəsi Moskvaya ümidlə baxır, paytaxt və qərb bölgələri isə Avropanı seçir. İkisi arasındakı baxışlarda böyük uçurum var. Üstəgəl Ukraynanın sənayesi dağılıb və onu yenidən bərpa etmək problematikdir. Subyektiv səbəblər odur ki, korrupsiya ölkəni bürüyüb, oliqarxlar siyasi sistemi nəzarətdə saxlayırlar. Digər tərəfdən Ukraynanı dirçəltmək üçün kənar yatırımlara ehtiyacı var. Bunu isə heç bir dövlət və maliyyə institutu Ukraynaya ayırmaq istəmir. Ayrılan milyardlar Ukraynanın köklü problemlərini həll etmədi. Ona görə də böyük dövlətlər və beynəlxalq maliyyə institutları daha Ukraynaya pul vermək istəmirlər. Bu səbəbdən Ukraynanın istənilən prezidenti Poroşenkonun üzləşdiyi eyni çətinliklərlə üzləşəcək və onları həll etməkdə “sehrli çubuğa” malik olmayacaq.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)