vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
GÜNDƏM  
11:30 | 18 mart 2019 | Bazar ertəsi Məqaləyə 1750 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Homo Sapiens” ...

Səmada uçan, kosmosda gəzən, dənizdə üzən insan yer üzündə yaşaya bilmir

Taryel ABDULLAYEV

Yeni Zelandiyada baş verən terrorun video çəkilişini izlədim. Ümumiyyətcə əsəblərimə təsir etdiyi üçün heç bir zaman bu tip videolar izləmirəm. Lakin buna baxmayaraq bu vəhşi davranışın görüntülərini izlədim. İnsanın bir daha heyvan növü olduğu bu görüntülərdə özünü təsdiq edir.

Bəli insan heyvan növüdür, Alber Kamünün dediyi kimi, heyvan olmaq istəməyən yeganə heyvan. Hansı ki, digər heyvanlardan fərqli olaraq varlığına qarşı üsyan edən, asi olan bir heyvan.

Canlılardakı davranış biologiyasın oxuduqca qəribə şeylərlə rastlaşıram. Məsələn bəzi heyvanlar ölülərinə hörmət göstərir, bəziləri könüllü olaraq qarşılıq gözləmədən başqa birinə kömək edər ki, yəqin bu davranış empati ilə yaxından əlaqədardır. Bəzi elm adamları bir az zarafatla da olsa, heyvanların insanlardan daha çox əxlaqlı olduğunu belə deyirlər. Məsələn elə Frans de Vaal “İçimizdəki meymun” kitabında bunu geniş izah edir..

Harari, “Sapiens-Bəşəriyyətin Qısa Tarixi” kitabında belə bir yanaşma edir: “İnsanlar ana bətnindən, sobadan çıxan ərimiş şüşə kimi çıxarlar, onlara təəccüblü dərəcədə istənilən formanı vermək mümkündür. Buna görə də bu gün uşaqlarımızı xristian və ya buddist, kapitalist və ya sosialist, müharibə tərəfdarı və ya sülhsevər kimi böyüdə bilirik”.

Doğurdan da Tomas Peynin öz broşüründə “Doğru olmayan bir hökumət sistemi tərəfindən insanlar bir-birilərinə qarşı düşmən edilmədiyi halda, insan insanın düşməni deyildir” yanaşması, bu gün yaşadığımız həyatın real mənzərəsidir.

Karl Saqanın “Solğun mavi nöqtə” çıxışında insanı təsvir etdiyini yada salsaq, bunu acıq şəkildə deyə bilərik ki: “Homo Sapiens, yəni insan səmada quş kimi uca bilən, kosmosda gəzən, dənizlərin altında balıqlar kimi üzən, ancaq yer üzündə yaşamağı bacarmayan bir heyvan növüdür”.