vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
ENERGETİKA  
11:41 | 18 mart 2019 | Bazar ertəsi Məqaləyə 1661 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Dünyanın gözü Bakıdadır

Nazirlər Azərbaycan paytaxtına toplanıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün Bakıda OPEC və qeyri-OPEC ölkələrin nazirlərinin Birgə Monitorinq Komitəsinin 13-cü iclası keçiriləcək.

İclasda qlobal neft bazarının sabitliyi ilə bağlı “OPEC plus” çərçivəsində görülən tədbirlər, dekabr qərarının icra vəziyyəti ətrafında müzakirələr aparılacaq.

İclasında 14 neft ölkəsi və OPEC Katibliyi yüksək səviyyədə təmsil olunacaq.

Rusiya Federasiyasının energetika naziri Aleksandr Novak, Səudiyyə Ərəbistanı Krallığının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falih daxil OPEC və OPEC-ə üzv olmayan ölkələrinin energetika nazirləri Bakıya gəliblər.

İclasda Azərbaycanın energetiika naziri Pərviz Şahbazov, Birgə Monitorinq Komitəsinin sədri Xalid Əbdüləziz Əl Falih, OPEC prezidenti Manuel Kevedo Fernandes və OPEC-in Baş Katibi Məhəmməd Barkindonin salamlama nitqləri nəzərdə tutulub.

Sonra OPEC-in bazarın inkişaf tempinin təhlili əsasında hazırlanmış təqdimatı və Müştərək Texniki Komissiyanın fevral ayı üzrə  hasilat göstəricilərindən bəhs edən hesabatı dinləniləcək.

İcasın yekunlarına dair mətbuat konfransı keçiriləcək. Tədbiri işıqlandırmaq üçün 20-dən xarici media orqanı və yerli KİV-in 180 nəfərə yaxın nümayəndəsi qeydiyyatdan keçib.

Qeyd edək ki, Nazirlərin Birgə Monitorinq Komitəsinin iclasından bir gün əvvəl - martın 17-də Bakıda Müştərək Texniki Komissiyasının (JTC) 27-ci iclası da keçirilib.