vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
GÜNEY  
11:55 | 18 mart 2019 | Bazar ertəsi Məqaləyə 1834 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İran parlamentində Xocalı etirazı

Güneyli millət vəkili Nikol Paşinyanın soyıqırm günü Tehrana dəvət edilməsinə Şəhriyarın şeri ilə cavab verib

MÖVZU İLƏ ƏLAQƏLİ

Güney Azərbaycanın Urmiya şəhərinin İran parlamentindəki millət vəkili Ruhulla Həzrətpur Xocalı qətliamının ildönümündə işğalçı Ermənistanın baş naziri Nikol Paşinyanın Tehrana səfərini pisləyib.

Millət vəkili bu barədə martın 17-də parlamentdə çıxışı zamanı danışıb.

“Xarici İşlər Nazirliyinə üzümü tutaraq deyirəm; Xocalı müsəlmanlarının qətliam günündə Ermənistan baş nazirinin İrana səfər edərək bir sıra problemlər yaratmasının nə mənası var? Rəhbərin də dediyi kimi, hansı ki, Azərbaycan əhalisi də buna inanır, Qarabağ islam torpağıdır. İndi mən sual edirəm, Fələstinlə Qarabağın fərqi nədən ibarətdir?

İslam Cümhuriyyəti müsəlman dünyasının bir önəmli ölkəsidir. Biz məntəqədə birləşdirici rol oynayıb, dünya üzrə bütün məzlum müsəlmanları müdafiə etməliyik”, - deyə o bildirib.

Millət vəkili çıxışını aşağıdakı şeirlə yekunlaşdırıb:

“Könlüm quşu qanad çalmaz sənsiz bir an Azərbaycan
Xoş günlərin getmir müdam xəyalımdan, Azərbaycan
Vətən eşqi məktəbində can verməyə öyrənmişik
Ustadımız deyib heçdir vətənsiz can, Azərbaycan”

Xatırladaq ki, 1992-ci il 26 fevral tarixində azərbaycanlılar Xocalıda ermənilər tərəfindən soyqırıma məruz qalıb. Bu faciənin 27-ci ildönümündən bir gün sonra Ermənistanın baş naziri Nikol Paşinyan İrana rəsmi səfər edib. O səfər çərçivəsində bu ölkənin prezidenti Həsən Ruhani və dini lideri Əli Xamneyi ilə görüşüb, tərəflər iki ölkə arasında əlaqələrin daha da genişlənməsi barədə müzakirələr aparıb.

Nikol Paşinyan Tehranda səfərdə olarkən “Ararat” klubunda erməni icması ilə də görüş keçirib. Görüşdə “Qarabağ Ermənistandır, vəssalam” yazılmış plakat qaldırılıb.

İranın Azərbaycanın ərazi bütövlüyünə qarşı plakatın qaldırılmasına imkan tanıması güney azərbaycanlıların geniş etirazına səbəb oldu, bununla əlaqədar çox sayda etirazçı təhlükəsizlik qüvvələri tərəfindən saxlanıldı.