vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 16 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
GÜNEY  
12:23 | 18 mart 2019 | Bazar ertəsi Məqaləyə 1559 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Hər şeyi də cənab Semdən gözləməyin

Kürd və bəllucları müdafiə edən ABŞ türklərə qarşı niyə soyuqdur?

A.SARI

ABŞ Dövlət Departamentinin 2018-ci ildə dünyada insan hüquqlarının vəziyyətinə dair hesabatı yayınlanıb. Həmin hesabatda İranla bağlı bölməyə dair qısa qeydi nəzərinizə çatdıraq.

ABŞ Dövlət Departamentinin 2018-ci ildə dünyada insan hüquqlarının vəziyyətinə dair hesabatında İranla bağlı bölmədə Azərbaycan türklərinə qarşı hüquq pozuntularına çox az yer verilib. Bəluclara, kürdlərə qarşı təzyiqlərdən daha çox danışılır. Lakin Azərbaycan türklərinə qarşı İran rejimi tərəfindən davamlı olaraq gerçəkləşdirilən hüquq pozuntularından çox xəsisliklə bəhs edilib. 2018-ci il ərzində demək olar ki, hər gün İranda Güney Azərbaycan fəallarına qarşı təzyiqlər barədə xəbərlər yayılırdı. Departamentin hesabatında həmin təzyiqlər barədə ətraflı yazılmır. Departament hesabata daxil etdiyi məlumatların hüquq müdafiə təşkilatlarından və beynəlxalq KİV-dən aldığını vurğulayır. Burada qos-qocaman ABŞ Departamentini qınamamaq olmaz. Demək ki, ABŞ dövləti kürdlərin və bəlucların mübarizəsinin qabardılmasında daha çox maraqlıdır. Ancaq etiraf edək ki, Güney azərbaycanlıların hüquqlarının müdafiəsi ilə məşğul olan təşkilatlarımızın, diaspor fəallarımızın işi də qənaətbəxş olmayıb. Hələ də böyük dövlətlər və beynəlxalq qurumlarla doğru-düzgün işləməyi bacarmırıq. Hər şeyi də cənab Semdən gözləmək düzgün olmaz.


Hesabatın Güney Azərbaycan türklərinə dair hissəsinin qısa xülasəsi


Hesabatda Azərbaycan əyalətlərində də insan hüquqlarının pozulmasına, azərbaycanlıların milli və insan haqlarının pozulması vurğulanır. Bildirilir ki, İran əhalisinin 23-25 faizini təşkil edən, təxminən 18 milyonluq (?- A.S.) (Fars-molla rejiminin rəsmiləri bu rəqəmin 40 milyondan artıq olduğunu açıqlayır – vaxt.az) azərilər başqa etnik azlıqlara nisbətən hökumətə və cəmiyyətə daha çox inteqrasiya olunublar.

Hesabatda bildirilir ki, İran hökuməti azərbaycanlı aktivistləri və təşkilatları təqib edərək, coğrafi adları dəyişdirərək onlara qarşı diskriminasiya siyasəti yürüdür.

“Beynəlxlaq KİV-lərin, azərbaycanlı hüquq müdafiəsi qruplarının verdiyi xəbərlərə görə, Şərqi Azərbaycan əyalətində iyul ayında Babək qalasına yürüş ərəfəsində 50-yə yaxın azərbaycanlı fəal həbs olunub, digərləri təhdid edilib. Hökumət hər il tarixi şəxsiyyət Babək Xürrəmdinin doğum gününü qeyd etmək istəyən minlərlə türkdilli aktivistin qarşısını almaq üçün cəhd göstərib”.

Hesabatda qadınların sünnət olunduğu bölgələr arasında Qərbi Azərbaycan əyalətinin də adı çəkilir ki, bu adət bizim xalqda olmadığından, sözügedən qeydin həmin ostanda yaşayan digər xalqla bağlı işləndiyini düşünürəm.